Qalasından
Gəlin sizə xəbər verim,Qoç Koroğlu qalasından.Qanlı dağdan, Qala kənddən,Bir də Divlər talasından.
Bu qala xana-xanadı,Hər qapısı bir yanadı,Albanlardan nişanadı,Qanlar daman lalasından.
Budu Koroğlu dərəsi,Paşalarla çəkən bəhsi,Qayalardan gəlir səsi,Çeşmələrin çalasından.
Qoşun üz-üzə dayanıb,Qılınclar qana boyanıb,Dağlar, daşlar oda yanıb,Ana-bacı nalasından.
Yaman günə sinə gərib,Yaxşı gündə çiçək dərib,Dəlilərə çörək verib,Telli, Nigar xalasından.
Ay gəlməyib, Günəş yaxıb,Göy şaqqıyıb, şimşək çaxıb,Leysan yağıb, al qan axıb,Şəmkir çayı çalasından.
Qoç Koroğlu, ah, qocalıb,Cünun sazın qəmə çalıb,Çox analar ağlar qalıb,Ayrı düşüb balasından.
Baş əyiblər dönə-dönə,
And içiblər bu Vətənə,Aman vermərik düşmənə,Keçə sərhəd arasından.
Vəli deyir qoldan-qola,Tam birləşək düşək yola,Bəlkə, millət azad ola,Qanlı döyüş balasından.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-qalasindan
Клавиши ← → для перехода, R — случайное стихотворение