Neçə dəfə eyləmisən,Məni bəxti qara, tamah!Neçələrin neyləmisən,Salmısan azara, tamah!

Göndərib dağa-arana,Yolda salıbsan borana,Necə qıydın şux tərlana,Tuş eylədin sar,a tamah!

Dolu paylar çöndərirsən,Xeyri şərə döndərirsən,Çoxlarını göndərirsən,İtkin diyarlara, tamah!

Şöhrətə inandırırsan,Həqiqəti dandırırsan,Çoxlarını yandırırsan,Gur ataşa, nara tamah!

Qəsd edirsən insanlara,Eyləyirsən bəxti qara,Vəlini çəkib bazara,Satırsan aşkara tamah!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов