Aşıq SefiliƏglən, usdam, səndən xəvər alayım,Yarın mənşər günü nə demək gərək?!Orucun tutmayan, namaz qılmayan,Haqqın divanında nə demək gərək?!

Xasta HasanGöylər para-para oldu, yerə töküldü,Günahgar quluna Məhəmməd gərək.Gənə eşqin dəryasında söküldü,Yarın, məhşər günü şafaqat gərək!

Aşıq SefiliMəhsum kimi dərin çəksə daraya,Təbibsən, ilac eylə yaraya.Savaxdan bir meyit düşsə araya,Molla bulunmasa nə demək gərək?!

Xasta HasanÜrəgim yaradı, cigərim oxlar,Kədərim artıb da, dərdim çoxlar,Əhli kamil sözün bəndini yoxlar,Fərz ilə sünnət salavat gərək!

Aşıq SefiliSefilim də dəriyalara dalanda,Yel qaldırıb, mah camalı solanda,Əzrail döşünə pəncə çalanda,Dillər fəndə gələr, nə demək gərək?!

Xasta HasanO qanatsız uçan kəsik başıydı,Sələtlə Ərasət öz qardaşıydı.Əzrayılı bilmiyənnər naşıydı,Xastasan der: salavat gərək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов