Dönüb keçmişlərə bir fikrə getdim,Öyrəndim insanın kim olduğunu.Birdən gözlərimə göründü cəddim,Baxıb seyr elədim köhnə meymunu.

Heyvanlar içində o da bir heyvan,Sürülər içində o da bir sürü.Yaylağı mağara, qışlağı orman,Zillət torpağında yazığın ömrü.

Əlində daş, dəmir... mətin dağlarıSürünə-sürünə hirslənib deşir,Təbiət dəyişir, özü dəyişir.

Əmək- insanlığın tükənməz varı...Əmək sərf olunan yer cənnətimdir.Hüsnümdür, eşqimdir, səadətimdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов