Nigar
Eşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.Eşq olsun bu coşqun gənc yaşlarındaAçdığın səmimi şirin dillərə.
Sənsən şeri mənə ilham edən, yar,And olsun tapdığın varlığa, Nigar!Mən səni gördükcə böylə sərazadYorğun qanadlarım çırpınmaq istər.
Gəl keçən dəmləri etməyəlim yad.Çalış varlığını aləmə göstər!Sevincin üzündə olsun aşikar,Gülsün bəslədiyin əməllər, Nigar!
Uf, andım keçmişi, yarıldı bağrım,Çökdü gözlərimə süslü bir xəyal.Qarışdı hafizəm, qazandıqlarımOldu bir uçurum, bir dərin məlal.
Gördüm qadınlığı möhnət əsiri,Köləlik əsiri, minnət əsiri.Çevirdim üzümü bu günə baxdım,Könlümə bir bahar nəşəsi doldu.
Ey Şərqin gözəli, üzünə baxdım,Qəlbimə bir çocuq həvəsi doldu.Gördüm qadınlığı kitab əsiri,Ülviyyət əsiri, rübab əsiri.
Bu gün gülümsədi əsirlər boyuBir bulud ardında qaralmış üzün.Bu gün buraxaraq çəhli, uyquyu,Səsləndi qəlbində canlanan hüzün.
Sən atdın çarşafı, dərdin azaldı,Bürünmək uğursuz keçmişə qaldı.Deyirlər sarılıb diləklərinə,Zəhmətə məftunsan, bir aşıq kimi.
Əmək bağçasının çiçəklərinəƏllərin dolaşır sarmaşıq kimi.Bəzən süzülərək gözlər, o gözlərYol çəkib uzaqdan nə xəyal özlər?
Doğrudur, şerimin ürəyində, yar,Çırpınır hüznlü xəfif bir qanat.Ey div addımlarilə yüksələn diyar,Fikrini xalqımın zövqilə parlat!
Çünki mən deyiləm yalınız müqəssir,Məni dərdə salmış o köhnə əsr.Qələm coşdu, sözüm qaldı ürəkdə;Odur ki, şerimin dəyəri yoxdur.
Oxuyan gülərək söyləyəcək də"Müşfiqdə şairlik əsəri yoxdur!"Xoş gündür çıxalım üz-üzə, Nigar!Sən nə söyləyirsən bu sözə, Nigar?
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-nigar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
پیرم و آرزویِ وصلِ جوانان دارمخانه ویران بوَد و حسرتِ مهمان دارم
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməzNədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
Qürur nəğməsiNə qəm, illər sovuşur,getdikcə artır yaşım.