Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.

Şəqayiq pərdədən çıxdı, boyandı bağ ilə bostan,İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

Məni mən’ etmə, ey zahid, güvənmə zikrə, ey sufiKi, sən məğrurisən zikrə, mənəm müştaq didarə.

Ki, hər bəlhüm əzəl bilməz nədir kim, eşqin əhvalı,İrişməz qasirin əqli bu müğləq sirri-əsrarə.

Əbirü mişkü ənbərtək rəyahindən çəmən doldu,Səhərdə tə’n edər saçın nəsimi mişki-tatarə.

Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək,Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə.

Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən,Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.

Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.

Bənövşə, gül tamaşası qənimət bil ki, beş gündür,Satar mə’şuqə gül hüsnün, xəridar ol bu bazarə.

Макта — последний бейт с тахаллусом поэта. Yaxıldı canına canı dəmi-İsa NəsimininVüsali dərdinə dərman, irişdi cani-bimarə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви