Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?Təxti-tacı, mülkü-malı xanimanı neylərəm?

İstərəm vəsli-camalın ta qılam dərdə dəvaMən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan,Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm?

Çox dualar qılmışam mən xaliqin dərgahına,Çün muradım hasil olmaz, mən duanı neylərəm?

Макта — последний бейт с тахаллусом поэта. Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви