Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə,Gəlgil ləbin qəndin ilət, gül anların gülqəndinə.
Hər qanda kim, şərh eyləsəm şirin dodağın qəndini,Ərvah üşər sinək kimi ol dadlı şəkkərxəndinə.
Şəhla gözün məndən könül aldıvü and içər ki, buKəffarət olsun canü dil ol gerçəgin sövgəndinə.
Mişkin saçın məndən məni kəsdivü peyvənd eylədi,Təhsin anın təqtiinə, rəhmət anın peyvəndinə.
Zülf ilə qaşı qarədir, sərvi-xüraman dilbərin,Qaşlarına qurban olam, ya türreyi-dilbəndinə?
Ey vaiz, əbsəm ol, mana tamatını ərz eyləmə,Mən aşiq oldum, girməzəm hər qissəxanın pəndinə.
Ey eşqə inkar eyləyən, çunü çəravü çəndi qoy,Niçin düşərsən aşiqin çunü çəravü çəndinə?
Zülfü kəməndindən könül qurtulmaz ayruq şoylə bil,Sevdasinə bel bağlamış, həm göz qaratmış bəndinə.
Макта — последний бейт с тахаллусом поэта. Çün şəhriyarın şəhrinə bu gün Nəsimidir məlik,Buyruq anındır, hökm anın həm şəhrinə, həm kəndinə
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-gelgil-ki-mustaq-olmusam-sirin-lebin-gul-qendine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
عمریست تا که در دل و جانم مسافر است
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.