Mana sənsiz cahanü can gərəkməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Mana sənsiz cahanü can gərəkməz,Vüsalın var ikən hicran gərəkməz.
Ləbi-lə’lin zülal abindən ayruŞərabi-çeşmeyi-heyvan gərəkməz.
Qəmindir könlümün təxtində sultan,Bir iqlimə iki sultan gərəkməz.
Yetər dərdin dəva müştaqə, niçünKi, dərdin bilənə dərman gərəkməz.
Gülüstanın gülü sənsiz tikandır,Mana sənsiz gülü reyhan gərəkməz.
Gəl, ey aşiqlərin rizvanı – hüsnünKi, sənsiz aşiqə rizvan gərəkməz.
İki aləmdə didarından özgə,Mana, ey surəti-rəhman, gərəkməz.
Vüsalın şərbətin içən mühibbəFərağın ağusu çəndan gərəkməz.
Mana səbr eyləmək sənsiz, nigara,Əgər müşkil, əgər asan – gərəkməz.
Əzəldə qılmışam eşqinlə peyman,Bütün peyman, sınıq peyman gərəkməz.
Макта — последний бейт с тахаллусом поэта. Kəsilməz gərçi vəslindən Nəsimi,Gözündən olduğun pünhan gərəkməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-mana-sensiz-cahanu-can-gerekmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
یارم سخن عشوه نهاد اندر بارغم تاختن آورد ز من برد قرار
Saqi, nəzər et məclisəSaqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.