Mərhəba, ey bəhri-zatın gövhəti-yekdanəsi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,Şəm’i-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.
Ta əbəd hüsnün önündə səcdeyi-şükr eylərəm,Ey cəmalın Kə’bə, sənsən küntə-kənzin xanəsi!
Hər ki, qəvvas oldu bildi vəhdətin bəhrində kim,Aləmin cismi sədəfdir, sənisən dürdanəsi.
Ey mana, mişkin saçından könlünü qurtar, deyənQanğı qafildir, səlasildən çözər divanəsi.
Çünki viran könlüm, ey can, məskən oldu eşqinə,Istəməz ayruğ imarət könlümün viranəsi.
Dilbərin lə’li əzəl bəzmində içirmiş manaŞol meyi kim, nöh fələkdir kəmtərin peymanəsi.
Gözləri sevda meyindən aləmi məst eylədi,Gör nə meydan əsrimişdir nərgisi-məstanəsi.
Ey bu şeyda könlümün halın soran hər dəm mana,Dərdini bildirməz ol, eşqin oduna yanəsi.
Canımı şükranə verdim şol nigarın vəslinə,Düşmədi layiq, diriğa, vəslinin şükranəsi.
Zahidin əfsanəsin qo, söylə eşqin halını,Aşiqin səm’inə sığmaz zahidin əfsanəsi.
Mö’minin Kə’bə yeridir, kafirin bütxanələr,Aşiqin dost eşigidir Kə’bəvü bütxanəsi.
Макта — последний бейт с тахаллусом поэта. Buldu lə’lindən Nəsimi nəfxeyi-ruhülqüdüs,Ey Nəsiminin həyatı, canımın cananəsi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-merheba-ey-behri-zatin-govheri-yekdanesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,