Ay və gün
Səni görən gündənDəyişdi dünyam,Nurumu nurunaQata bilmirəm.Sən parlaq Günəşsən,Mən solğun Ayam,İzincə gəlirəm,Çata bilmirəm.
Şəfəqlər kainatsinəsindədirİşığın məndədir,Qəlbim səndədir!
Elə bil çıxmışamÖmrün qışından,Yoxsa yaz qanadlıQaranquşam mən?Elə bil dünyanınyaranışından,Sənə həsrət üçünDoğulmuşam mən!
İsti şəfəqlərləGözlər güləndə,Təbiət qoynundaNur unudulur.Axı Ay Günəşəyaxın gələndəGünəş də deyirlərO gün tutulur.
Sənə yanaşsam daMən aram-aram,Səni nur yolundanNecə saxlaram?Ürəkdə qalacaq arzu da, kam da?Ayam, yoxsa sönmüşBir çırağammı?Səni addım-addımMən arasam dahaçansa mən sənəÇatacaqammı?
11 aprel 1999
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-ay-ve-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Məndən üzün yaşırma kim, səcdəgahım oldurMəndən üzün yaşırma kim, səcdəgahım oldur,Seyr edərəm bu çərxi, xurşidü mahım oldur.