Göylə yer arasında
Çox keçdim illərdənHay-harayla mən.Durdum bu gün göylə,yer arasında.Bəlkə də inamsızBir arzuyla mən.Qalmışam ümidsizDərd arasında?
Anlar da çətindir,Günlər də çətin.Qəm nədir,Günəşinzər tellərində?Bəlkə də sahilsizBir məhəbbətin,Dayandım ümmansızSahillərində
Qoy sənin səsiniNur kimi içim.Bədbəxt bir ömrünçünSən xoşqədəmsən!Yox, bəlkə sən mənimQəmli sevincim,Bəlkə də sevincliBir faciəmsən?
8 yanvar 1998
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-goyle-yer-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение