Sini-sin
Səyyahısan bu varlığın işinin,Yaxşı öyrən sirrilərin sinisin.Aşıq deyər sini sin,Qarşılayır sini sin,Nədir açan süfrəsin,Dolu düzən sinisin?Al qələmə təməlini, daşını,De, yaz, yetir, ver xəbərin sini sin.
Gərək bilsin ağlı başda olannar,İlhamını hardan alır olan nar?Aşıq deyər olan nar,Olan atəş, olan nar,Xeyrə-şərə yarayarƏsil insan olannar.Aləmdə xoş təbiəti olannar,Hasil edir nemətlərin, sinisin.
Vəli, gedir arxasınca an anın,Aç süfrəsin, düz nemətin, a nanın.Aşıq deyər ananın,An adını ananın,Gündə yüz yol dur, dolan,Dön başına ananın.Üşüyürsən gir qoynuna ananın,Dərin, dayaz səninkidi sin, isin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-sini-sin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
QəşəmHəqiqətdən, mərifətdən, kamaldan
Yetgin Qəşəmlə deyişmə – IIQəşəmSəxa çeşməsinin hafiz dayağı,
Yetgin Qəşəmlə deyişmə – IIIQəşəmDövran açıb söz oxuyan, ay aşıq,
Aşıq Emirli Məhəmmədəli və qardaşı Miskinli Vəlinin deyişməsiMəhəmmədəliAşıq qardaş, gəl ikimiz,
Стихи других поэтов
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
PəriSərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,
Bağrımnı dəlür navəki-hicrani-filaniBağrımnı dəlür navəki-hicrani-filani,Qanımnı tökər sehr ilə çeşmani-filani.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,