Yetgin Qəşəmlə deyişmə – III
Qəşəm
Dövran açıb söz oxuyan, ay aşıq,
Bir bağ gördüm hər nemətlər içində.
Əvvəl mənə meyvəsindən xəbər ver,
Can aparan həqiqətlər içində.
Vəli
Əvvəl-axır dünya behişdir, aşıq,
Kamal tapar hər nemətlər içində.
Nə götürsən əməlindir meyvəsi,
Cərgə duran iki xətlər içində.
Qəşəm
Bu bağın təməli şirin, acıdır,
Dörd əsaslar təkcə onun tacıdır
Yeddi saqi madar bağın bacıdır,
Məruz qalıb beş qüdrətlər içində.
Vəli
İnsan əməlində şirin, acıdır,
Dörd kitaba qulluq etmək tacıdır,
Yeddi gün var, ibadətin bacıdır,
Siludindir beş qüdrətlər içində.
Qəşəm
Neçədir bu bağın solmaz yarpağı?
Nədən hasil oldu yanar çırağı?
Bu bağda kim-kimə dedi sorağı?
Ara, Yetkin, sədaqətlər içində.
Vəli
Üç yüz altmış altı ilin yarpağı,
Qüdrətindən hasil oldu çırağı
Haq buyurdu, nəbi verdi sorağı
Vəli bilir, bil, ayətlər içində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetgin-qesemle-deyisme-iii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Həbibim, ta səni mən sevmişəm əşraf arasındaHəbibim, ta səni mən sevmişəm əşraf arasında,Vücudum, atəşi-eşqin yanıbdır saf arasında.