Yetgin Qəşəmlə deyişmə – II
Qəşəm
Səxa çeşməsinin hafiz dayağı,
Nədir başındakı, varmı yanarı?
Fəza cövhər isə ərşin dayağı,
Nədir qarşındakı turunc yanarı?
Vəli
Səxa çeşməsinin hafiz dayağı,
Haqtala özüdü başda yanarı.
Sirr içində yerin, göyün dayağı,
Nurdur qarşıdakı turunc yanarı.
Qəşəm
Neçə qurban getdi dəryala söylə?
Xaliqə üz tutub dəryala söylə,
Nəvana səmt qılıb dəryala söylə,
Necədir gəşd edən üzə yanarı?
Vəli
İki qurban getdi dəryala bilsən,
Beşi on yeddiyə dərya ala bilsən,
Qibləyə üz döşə dəryala bilsən,
Günəşdir gəşd edən üzdə yanarı.
Qəşəm
O, nədir son günün olar yoldaşı?
Şərminə tökülür Yetgin yoldaşı,
Sözümün canı var dörddür yoldaşı,
Ürəkdən süzülür, dildən yanarı.
Vəli
Əməlindi son gününün yoldaşı,
Vəli məzar üstdən düzdür yol daşı,
Can cənazə dörd götürən yoldaşı,
Ürək keçdi, dil kəsildi yanarı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-yetgin-qesemle-deyisme-ii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mərd döyüşəndə namərd qaçar,Dağlar kömür kömürlənər
Şeri qılıncla yazDeyir bizə qanla sulanan torpaq:Şeri qələmlə yox, qılıncla yazaq.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən