Pirimin nüsrəti ruzi-əzəldən,Sərimin sevdası ayə məndədi.Aşıq deyər məndədi,Mədəni var məndədi,Şerin, sözün sərvətiNə istəsən məndədi.Misalı gözəldən, mənası ləldən,Xublar iltiması ayə məndədi.

Dərsimi almışam sin əsərindən,Kamal dəryasından, sin əsərindən.Aşıq deyər sərindən,Sərin gəlir sərindən,Ad alar, iz salarsan,Kamalından, sərindən.Şeir xəzinəsi, sin əsərindən,

Məna, müəmması, ayə, məndədi.

Vəli, nədi haqsız yaxşı yar atmaq?Ox götürmək, nişan almaq, yar atmaq?Aşıq deyər yar atmaq,Yara bir söz yaratmaq,Ər aşıqlar işidiYaxşı yazıb yaratmaq.Zərif inciləri yazıb yaratmaq,Elmin ən əsası ayə məndədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости