Səhər-səhər səyahətə çıxmısız,Salmısız cahana saya gözəllər.Səf-səf olub qatar-qatar yeriyib,Nə dönübsüz siz durnaya gözəllər.

Zərnişandı, gözəllərin sağıdı,Nərgizin yanağı gül yarpağıdı,Gülgəzin sinəsi cənnət bağıdı,Cərgəsində Telli, Maya gözəllər.

Vəli, gözəl hanı Səlminaz kimi,Həcər, Əsmər, Nigar, Gülavaz kimi,Əsli, Ceyran, Çiçək bahar, yaz kimi,Gülzarı bənzədim aya gözəllər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе