Dünənə
Dünən necə görüşdü?Ürəyə çınqa düşdü.O mehriban gülüşdü,Yoxsa ilahi paydı?Dünən — bu gün olaydı!
İsindim nur selindən,Öpdüm zərif telindən.Tutdum günəş əlindənBu günəş, yoxsa aydı,Dünən — bu gün olaydı!
Nə gündüz, nə gecəydi,Göylər yerlərə dəydi.Bu necə möcüzəydi?Evim nurlu saraydı,Dünən — bu gün olaydı!
Qəlbdən nəğmə yüksəlsin,Ah-amanlar kəsilsin.Elə bir sabah gəlsinDeyim dünənə taydır.Dünən — sabah olaydı!
15 aprel 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-dunene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Yari görgəc der idim əvvəl ki, yarımdur mənimYari görgəc der idim əvvəl ki, yarımdur mənim,Bildim axir kim, bəlayi-ruzigarımdur mənim.
Rica edirəm, yalvarıramRica edirəm, yalvarıram,o Günəşdən bir az bu yana dur.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım