Əli çıraqlı
Keçdik əsrlərdənsədaqət — deyə,Səadət axtardıq əli çıraqlı.Həm yerə bağlandıq,Həm də ki, göyə,Həqiqət axtardıq əli çıraqlı.
Nə qədər sirlidirYolları ömrünİnsan dağlar aşır əli çıraqlı.Necə Ay Gün üçün,Gün də Ay üçünÜfüqlər dolaşır əli çıraqlı!
Qəmlərə məhkumsanTənha qalınca,Olurmu kədər də əli çıraqlı!Əsl məhəbbətinGedir dalınca,Əsl sevənlər də əli çıraqlı.
Milyon suallaraBir cavab gəlir,Cavab gəz, suala əli çıraqlı.Tək əli çıraqsız dərd, əzab gəlirSən onu qarşıla əli çıraqlı!
Durur zirvələrinQarı saçımda,Göylərə varıram əli çıraqlı.Olumla ölümünYol ayrıcındaBir dost axtarıram əli çıraqlı!
Çiynimdə əzablarAğır bir qayaArxamda dərdlə qəm əli çıraqlı.Mən əli çıraqlıGəldim dünyaya.Dünyadan gedərəm əli çıraqlı!
16-17 noyabr 1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-eli-ciraqli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yola üz tuturam mən aram-aram,Gözümdə gur işıq parlayıb sönür,
Dəhşətli dərsSəhər tezdən durub yuxudan ana,Belə dərs deyirdi öz uşagına.
Gözəl və gözəllikZaman yola salır gəlib-gedəni,*Əsrlər ötüşür yuxular kimi.*
Səttar möcüzəsiSəttar Bəhlulzadənin 85 illiyinə*Təntənə, dəbdəbə...
Стихи других поэтов
Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,Nə həmin bizlər ucun, aləmə cansan, getmə.
در خانقه از بهر جهت می پوییدر وی همه ذکر از این جهت می گویی
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.