(Nəğmə)

Dünən necə görüşdü?Ürəyə çınqı düşdü.O mehriban gülüşdü,Yoxsa ilahi paydı?Dünən — bu gün olaydı!

İsindim nur selindən,Öpdüm zərif telindən.Tutdum günəş əlindən,Bu günəş, yoxsa aydı?Dünən — bu gün olaydı!

Nə gündüz, nə gecəydi,Göylər yerlərə dəydi.Bu necə möcüzəydi?Evim nurlu saraydı,Dünən — bu gün olaydı!

Qəlbdən nəğmə yüksəlsin,Ah-amanlar kəsilsin.Elə bir sabah gəlsin.Deyim dünənə taydır.Dünən — sabah olaydı!

16 aprel 1990

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов