Lalələr parlayanÇəməndə, düzdə,Sanki büllur axan sudur zəriflik.Hər gün kobudlaşan zəmanəmizdə,Elə bil ilahi nurdur zəriflik.

Açılır ürəkdənÜrəyə izlər,Göydən Günəş çıxır, ümmandansa dürr.Zəriflik sükutla danışan gözlər,Bir də o gözlərin təbəssümüdür.

Sən gəl mehribanlıqÖnündə əyil,Kimə qismət olsa, səadətdir o.Zəriflik dünyada zəiflik deyil,Bəlkə də ən ulu bir qüdrətdir o.

Kobudlar yanındanTufan kimi keç,Zərif insan gördün başına and iç!

Axı həyat sənəDemir, sev kimi,Verir təzə-təzə nəsil məhəbbət.Qışqıran sevgilər məyər sevgimi?Səssiz baxışlardır əsil məhəbbət.

Məhəbbət — bəşərin,zərrin tacıdır,Zəriflik, nəciblik qoşa bacıdır.Cavandır, nə qədərQocalsa dünya,Səadət — əzəli, əbədi olsun.Zəriflik üstündə ucalsa dünya,Qoy dünya nəciblik məbədi olsun!4 may 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов