Kitablar və əzablar
(Poemadan parçalar)
Mənə doğmasınız, mənə yadsınız!
Kitablar — həyatdayanar işıq tək,Səması ucadır,üfüqü sonsuz....Bir vaxt əlinizdəntutdum uşaq tək,İndisə əlimdənsiz tutursunuz.Kitab səadətdir,kitab zülümdür,Kimə ölməzlikdir,kimə ölümdür.Ürək səsi gəlirsəhifələrdən,Qandan damla-damlasızan sizsiniz.Məgər mən yazmışam,sizi məgər mən,Mənim bəxtimi dəyazan sizsiniz.Kitab kim deyir ki,şöhrətdir yalnız.Kitab məgər ömrəqənim deyildir?Yox, sizin həyatagöz açdığınızYuxusuz gecələrmənim deyildir!Ey mənim, yox ikənvar olanlarım,Var olubDünyayacar olanlarım!Niyə baxırsınızsoyuq-soyuq siz,Məgər sinənizdəSönüb odunuz?Doğulub göylərdəsəssiz-səmirsiz,Bəlkə də hazıranazir oldunuz?Bunu bacarmazdışair olan kəs,Siz ki, yoğruldunuzsehrdən, sirdən.Siz bir saraysınız —məğrur, müqəddəsOnu mənmi tikdimsözdən, sətirdən?Mənə doğmasınız,mənə yadsınız.Siz ki, məndən ayrıbir həyatsınız.Duyğular —şübhənin məngənəsində,Bəzən sürünmüşəmmən dizin-dizin.Doğma oxucular məhkəməsində,Tənqid mənim olub,tərifsə sizin.O qədər doğulubnaşı misralar,Əlimlə onlaraməzar qazmışam.Gəlib ilahidənyaxşı misralar,Ancaq pisləriniözüm yazmışam.
Müqəddəs kitablar,əziz kitablar,Nə söz götürmədimmən sözdən ötrü.Məndən ömür alanmənsiz kitablar,Əsdim yarpaq kimimən sizdən ötrü.Tanrım, bu sözü dəcahana çatdır,Sevgi qəlbdə olsun,üzdə olmasın.O xalq azaddır ki,dili azaddır!Qoy söz azadlığısözdə olmasın!Bir dostun əlindənüzülüb əlim,Fikrini yad etməkfəqət mümkündür:— Sabah öləçəksəəgər ki, dilim,Ey Tanrım,Sən mənibu gündən öldür.Gün keçir,İlləringur dalğasında,Bağlıyam şerə mən,şeriyyətə mən.Bir ulu məbədinastanasında,Gəlirəm əbədiibadətə mən.
Dilə ibadət
Sənsən ucalığım,sənsən qürurum,Mənim ayrılığım,görüşüm də sən.Gecədən süzülənağappaq nurum,Gündüzdən boylananGünəşim də sən,Ay ana dilim!Göylər layla desin,dağa baş qoyum,Mənim intizarım,nigaranımsan.Həsrət səhrasındabir içim suyum,Sevgi qitəsindəgur ümmanımsan,Ay ana dilim!Səndən uzaqlardabiz qaldıq yetim.Ancaq səslənirdinyuxularda sən.Bəlkə müvəqqəti məğlubiyyətim, —Amma ki, əbədi bir təntənəmsən.Ay ana dilim!Yaralar təzədir,yaralar dərin,can qoyduq, tər tökdükelimiz üçün.Dilini kəsdilərDil deyənlərin,Dil deyib ağladıqdilimiz üçün,Ay ana dilim!
Xoşdur hər çəmənin,çölün öz gülü,Çəmənlər gül açsınbaharla, yazla.Gəlin yaxşı biləkbiz iki dili,Ancaq, ikidilliolmayaq əsla!Ay ana dilim!Durur arzularımhələ gözümdə,Neçə deyilməmişsöz də qalıbdır.Uca bayrağımsan,dünya üzündə,Səndə güllələrdəniz də qalıbdır.Sənə nankorluqdanmin qəlpə dəyib,Dilə dəyən yarahər qəlbə dəyib.Ay ana dilim!Dil özü —Ən böyükmöcüzədirsə,O alıb gücünüdoğma xalqından.Dostlar öz dilinə biganədirsə,Nə umaq yadlarınsoyuqluğundan,Ay ana dilim!Əzizdir öz yurdum,torpağım mənim,Mən ki, vətən deyən təriqətdəyəm.Ucal, ey müqəddəsbayrağım mənim,Önündə əbədi ibadətdəyəm.
Məni bu səcdədənölüm ayırar,Sonra diz çökəcəkövladlarım var!Ay ana dilim!
Sözə ibadət
Əsrlər atınıerkən çapanda,Göylər yazılmamışmavi kitabdı.Bəlkə insan oğluodu tapanda,Sevincdən, heyrətdənilk sözü tapdı.Zaman həm qəzəbli,həm mehribandır,İlk sözü yaradanilk yaradandır!Bəzən illər iləgəzdim hər sözü,Sözlər çıraq-çıraqalışandımı?Mənə pıçıldayanbu qədər sözü,Daşan sel,Axan çay,göy ormandımı?Hər sözün rəngi var,hər sözün ətri,Mən sözü,Söz məniməhrəm sandımı?Mənə pıçıldayanbu qədər sətri,Yerdimi, göydümü,asimandımı?Onları mən yazdımdesəm düz olmaz,Bir qəlbdə bu qədəraxı, söz olmaz!Sözlər —göz-göz sızanbulaqlar kimi,Tələsir gur axanbir çaya dönsün.Sözlər —göz-göz yananocaqlar kimi,Ürəklər odundannura bürünsün!Sözlər —göy ağacdayarpaqlar kimi,Qoy uca zirvədənuca görünsün.Mənə müqəddəsdir —elin taleyi,Ürəklər sözlərinöz paytaxtıdır.Millətin bəxtidir, —dilin taleyi,
Dilin taleyi dəxalqın baxtıdır.Ey söz —ən ilahiVətənim mənimGücsüzlüyüm də sən,qüdrətim də sən,Sənsən dostum mənim,düşmənim mənim,İşığım da sənsən,zülmətim də sən!Elə ki, dilimdəsoluxur sözlər,Sözümə əfsus!Ürəksiz dedinmiox olur sözlər,Oxlar da sancılırÖzümə, əfsus!Sözlərlə ucalansənətə alqış!Sənəti ucaldanmillətə alqış!
"Kiçik təpə"nin böyük bəlası
Bəlalı övladımay "Kiçik təpə"m,Səni vərəq-vərəqGəl, bir də öpəm!Üç il gözlərimin getdi qarası,Şirin əzabımıkim qaytarar, kim?Sən "Kiçik təpə"minböyük yarası,İndi də qəlbimdə qövr edir mənim.Görünməz düşmənlənecə bacarım?Bizim İttifaqdanə hay-haraydı?Hər vaxt gur danışansənətkarlarım,Qapılar dalında pıçhapıçdaydı,Qəzəb şərbətiniiçdilər o gün,Mənim damğam oldu:"xalqın düşməni".
Nə kiçik qəlb iləölçdülər o gün,"Böyük müəllimlər""Kiçik təpə"ni.Sinəm yaralandıod güllələrdən,İndi insan olanbuna tab gətir!Səhifə-səhifəməqalələrdənTəhqirlər yağırdı,sətirbəsətir:— Mənzum roman yazır,dünənki uşaq,Yazır lap yalandan,qələtdən yazır.— Bundakı boya bax,cəsarətə bax,Qürbəti görməyənqürbətdən yazır.(Onda düşünəsənbelə sən gərək:Ölüdən yazmaqçınöləsən gərək).
"Nəbi nə ədayla meydana girdi,Hələ ki, sənətdə bizim meydandır.Qoymayın o şerə bəyi gətirdi,Hələ bəy oğlu da baş qəhrəmandır".Necə dolu kimi yağdı böhtanlar,Qırdımı bir gəncin əqidəsini?Bəlkə bir vaxt əli qana batanlar,Belə batırarmış şerin səsini.
— Kim deyər yolunuazmayıb Nəbi,Bizim dövrümüzəbietibarmış.
— Bunu təsadüfənyazmayıb Nəbi,Bəylərə xanlararəğbəti varmış.— Görən keçmişindənnə çıxar baxsan.O bəy nəslindəndirözü də yoxsa?Mənzum roman yazsın,ziyanlı, uzun,Özü də İttifaqkatibi olsun!Böhtan yağdırıldımənim adıma,Sözün ağasısan,şerin qulusan.Bir şair nidasıdüşdü yadıma"Bəy oğlu, deməli, köpək oğlusan!"Ürək!Necə dözdünitihama sən?!Günahsız müqəssir!Bu necə işdi?Yaxşı ki, o zaman37-dənüç dəfə 7 ilötüb keçmişdi.Yoxsa qarışardıhalal-haramlaQaça bilərdikmi təzə dəhşətdən?Hələ yazılmamışkitablarımla,Əbədi susardım,yarı yolda mən.Beləcə az qaldıdara çəkilim,Özüm müttəhimdim,sözüm vəkilim.Hər misra qaldırdıBir sipər kimi,Hər misra qaldırdıÇılğın səsini.Onda Mehdi Hüseyncəngavər kimi,Gərdi hücumlaraöz sinəsini.Səni axtarıram,çatmayır əlim,Baxıram, gur işıq bir anda sönür.Sənə rəhmət olsunMehdi müəllim,İllər arxasındanyerin görünür.Yox, yox sağalmamışqəfil yaralar,Dalğa çəkilsə də,izləri qaldı.Fəqət ürəyimdətəskinliyim var,Mən "düşmən" olduqcadostum çoxaldı.Məktublar...Hər məktubBir qanaddımı,Məktub — sevinc doluKainatdımı?Atəşli əllərdənisindi canım,Sözü dəstə-dəstəNərgizlər dedi.O, kişi qeyrətliMirvarid xanım,Zərif cəsarətləmərd sözlər dedi,İllər — haqsızlara"sağ ol" demirlər,Çoxu sual qoyduəsrin adından,Abbaslar, Famillər,Əhməd Cəmillər,Sonra İsmayıllar,sonra Qabillər,Məğrur cavab verdinəslin adından.Məhrəm duyğularınmənəm möhtacı,Dünyaya məlumdur,Məlum dostlarım.Yaşayan dostlarımbaşımın tacı,Məğrür abidədir,mərhum dostlarım.Gecə də, gündüz dəgəlirəm yenə,Mən o heykəllərinibadətinə!Əsirmi illərinsoyuq yelləri?Dumanmı yüksəlirömür dağından?Axı otuz yaşlıgəncin kədəri,Susmur otuz ilinuzaqlığından.Susmur, haray çəkir,bu gün biz barı,Mehriban söykənək —ürək-ürəyə.
Bir daha nəsillərgörməsin deyə, —O ağırDəhşətliittihamları!Bir də söyləməyəksonradan, — əfsus!Ey böhtan,Bir dayan,Ey ittiham sus!Hər şeyi yerbəyerEtmirmi zaman?Haqsızlıq yükünühəqiqət çəkir....Kimsə xəcalətligetdi dünyadan,Kimsə lap bu gün dəxəcalət çəkir.Ömrü uzun olsuntəki onların,Yenə görüşürükbiz dostlar kimi.Çoxdan əfv etmişəm,mən ki, onları,Görəsən oxucuməfv edəcəkmi?
Gecənin qoynunda bu görüş nədir?
Gecənin qoynundabu görüş nədir?O, gəlir qüdrətlihökmran kimi.Gözümü yumdummuo mənimlədir,Yer kimi, göy kimi,kəhkəşan kimi.
Bilmirəm heç hardanO peyda olur,O atlı,FikrimsəPiyada olur.Dinir öz inamı,Öz məntiqilə.Ondadır ədalət,Məndədir xəta.Onun gecə yarıSöz məntiqiylə,Bütün həqiqətləryetir isbata.O açır torpağın,göyün sirrini,Məni də özüylə qanadlandırır.Dəyişir Ay iləGünün yerini,Zöhrə ulduzunuAxşam yandırır.Deyir: —Qeyrətdədirİnsan hünəri,Deyir: — Özündən küsBaxtından əvvəl.O dinir...DünənimQayıdır geri,Gəlir, gələcək dəVaxtından əvvəl.Deyir: — Yazılsa da,göylərdə baxtın,Sənin taleyindir —sənin torpağın.Sözlər büllur kimi,sözlər tərtəmiz.Onun müqəddəsdirGözlərində nur,bəzən toqquşduqcafikirlərimiz,uzaq ulduzlardanqığılcım qopur.Qoşa dolanırıqdağda, aranda,Sözü düz demədin,acığı gəlir.Əfsus ki, o gedirdan qızaranda."Yat" — deyir,bəlkə dəyazığı gəlir.Qalır onun daşdankeçən məntiqi,Səhərin nurunabürünür aləm.Gündüz məndə olsa,gecə məntiqi.Mən bütün dünyayaəncam çəkərəm.Gecə... Asimandaulduzlar titrək,Gecə... Yuxu qaçıryenə gözümdən.Gecə... O gələcək.indi gələcək.Gecə... Qorxurammıözüm-özümdən?Yox, yox gözləyirəm,Yox, yox səsləyirəm.Yenə səninlədir sözüm-sovum, gəl,Mənim məndən müdrikFilosofum, gəl!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-kitablar-ve-ezablar
Клавиши ← → для перехода, R — случайное стихотворение