Ana
("Ana", "Bacı" və "Ömür yoldaşı" üçü birlikdə"Əbədiyyət poemaları" adlanır)
Uca zirvələrinucası anam,Əsrin bəyaz saçlıqocası anam!Batıb günəş kimi,Solub ay kimiİllərin qaranlıq dumanında o.Elə bil yol keçibDaşqın çay kimiDincəlir qocalıq ümmanında o.
Bu axşam saçlarımdaGəzdi ana əlləri,İsti ana əlləri.
Boz çinar yarpağıdırO göy damarlı əllər,Bir evin dayağıdırDoğmaQabarlı əllər!
Üstümdə zaman-zamanƏsdi ana əlləri.Neçə dərdin yolunuKəsdi ana əlləri,İsti ana əlləri.
Yenə də saçlarımdaGəzdi ana əlləri.Titrədi yarpaq kimi,Əsdi ana əlləri.
Aşdım uzaq illəri,Nur yağdı göyə, yerə,Məni bir qonaq kimiUşaqlıq çağlarınaApardı birdən-birəİsti ana əlləri.Yenə də saçlarımdaGəzdi ana əlləri.
O əllərqayğılı,sakit, mükəddər.Düşünür...Anamın fikri hardadır?İndi xəyalında qalsa da rənglər,Gözünün şəfəqi xalılardadır.Hər xalıAnamın nurlu xəyalı...."Sarı rəng — nar qabığı...Qara rəng — qoz yarpağı..."O əllərbir qəlbinnəğmələriniDindirib rənglərə işıq verərdi.O əllərhananın ilmələriniArfa telləritək dilləndirərdi.Yenə tellər kimiDillən, ay əllər,Rənglərin dilini bilən ay əllər...
Öpdüm diz çökərəko əlləri mən,Anamçün kainat zülmətdir bu gün.Yerə işıq verən,Göyə nur verənDünya işığına həsrətdir bu gün.
O baxır...Xəyallar o qədər şirin...Gəlir yuxusuna gül də, çiçək də,Təbiət,Nə böyük qəbahət etdinAna gözlərinə qəsd eləməkdə.
O yumur gözünü,Gedir qocalıq...Günəşli asimanGöz önündədir.O açır gözünü,Zülmət... qaranlıq...Qaranlıq bir cahan göz önündədir.
O yatır,Baxanlar deyir, bəlkə dəBəyaz çarpayıdaBir qarı yatır.Qocalıq bağınadüşən kölgədəHəyatın xəzanlı baharı yatır.
Beş ay keşik çəkənüç bacım mənim —Ona üç övladı,Ona üç həkim,Qayğı —üç bacının düşüb payına...Qayğı —alındakı inçi tər kimi.Üç bacı —Quruyan ömür çayınaPərişan əyilən söyüdlər kimi.
ƏriyirSükutdavaxt gilə-gilə...
Bacılar növbəylə mürgüləyirlər.Onlaröz yuxusuzgecələriyləAna yuxusunaKeşik çəkərlər!Üç zərif qanaddırAnaya üç qız.Anam asta-asta bir səhər dedi:— Qızlar,Əllərimə xına qoysanız...Bəlkə də yanğımı götürər, — dedi.Bir zaman ilməli,Hanalı əllər,İndisə gəlintəkXınalı əllər!Elə sevinc vardı onun səsində,Qaldırdı əlini — oğlum, bax, — deyə.Elə bilSon vidakəcavəsindəAnam tələsirdi gəlin köçməyə...
Hara tələsirdi?Sonsuz zülmətə?Hara tələsirdi?Əbədiyyətə!Onunçün ay çıxmır,Gün əyilməyir,Qatı duman tutubçölü, çəməni.Həyatda məni də görə bilməyir,Yalnız yuxularda o görür məni.
Görür... yolum kəndinİçindən keçir,Dönür uzaqlardanyanıma illər.
O görmürSaçıma necə dən düşür,Necə yazı yazır alnıma illər!Dolaşır saçımdaəlləri yumşaq...
Dillənir:— Uşağım sınıxıb deyən.Uşaq,üç uşağınAtası uşaq,Sakit dayanmışam qarşısında mən.Ana, yerin vardırGözlərim üstə...Elə istədim ki, uşaq olum mən...Bir də uyumaqçın dizlərin üstəUşaq olum mən.
Ömrünün yaz çağıQayıtsın deyəElə istərdim ki, uşaq olum mən.Gözünün işığı qayıtsın deyəUşaq olum mən.
Bir daha laylanı eşitmək üçün,Elə istərdim ki, uşaq olum mən.Sən məni bir daha böyütmək üçünUşaq olum mən.
Səni uca tutumCahanda, ana,Mənə arzu da sən,Qanad da sənsən.Sən özün savadsız olsan da, ana,Mənə ilk müəllimHəyatda sənsən!
Yazan taleyimiTitrək əlindir.Dilim,Ana dilimSənin dilindir!İlhamım su içibSənin qəlbindən,coşub dalğalanıbArzu ümmanı.Bakıdan uzağaGetməsən də sən,Gəzmisən mənimləBütün dünyanı.
Ana, ilk zərrəsi doğma vətəninİsti qucağındanBaşlanır sənin.Gəzdim yer üzünüMən ölkə-ölkə,Xəyallar dolaşıbSən — deyə gəldi.Gördüyüm hər diyarMənimlə birgəSənin ayağına səcdəyə gəldi!
Söylə, günəşmisənDünya üzündə?HəyatŞəfəqinə, nura boyana!Verdiyin məhəbbət,Nifrət üçün dəSağ ol, ay ana!Mənim düşməniməSən ilk düşmənsən!Mənim dostumunsaİlk dostu sənsən!Qoy dinsin sevənlərAna dilimdə,Hər kəsdə ana təkEtibar olsun,Mənim sevgim üçünQoy sevgilim də,Ay ana,Tək sənəminnətdar olsun.
O gün ki,İlhamlaverdik əl-ələ,Əbədi atəşləOdlandı sinəm.Dünyada sevinci dəqiqələrlə,Əzabı illərlə ölçülən mənəm.Bir anın kədəriYüz saatındır,HardadırNarahat gecənin sonu?Sanki mənim üçün yuxu satındır,Ömrüm bahasına alıram onu.Uçubulduzlaraçatıram bəzən,Mən yerdənGöylərə gedənsorağam.Elə səksəkəli yatıram bəzənYuxuda görürəmYenə oyağam!
Belə yaranmışdırŞairlər, belə!Dünyanın danışan dilləriyik biz.Kainat tarınınZaman əliləTarıma çəkilmiştelləriyik biz.O tellər,O tellər,Elə kövrəkdir!Xəfif yel əsdimiSəslənəcəkdir!
Keçirik...İzimizAranda, dağda,Dolama yolları ömür sayırıq.Əgər kəndirbazlıq bacarmasaq da,Əsəblər üstüylə addımlayırıq.Bir ümid iziyləMin xəyal keçir.Yollara baxdıqcaMən yana-yana,BəzənÜrəyimdənBir sual keçir:Niyə şair doğdunMəni, ay ana?Mühəndis olsaydımPis olardımı?Qırçınqayalarlaqardaş olardım.qarlı zirvələrdəqurub çadırımıSehirli dağlara sirdaş olardım.Bəs həkim?ÜrəyimNura dönərdiSönən ömürlərin qaraltısında.Həyat ulduz-ulduzŞəfəqlənərdiCərrah bıçağımın parıltısında.SüzülürQəlbiməMin nəğmə,Min səs...Yer də,Göy də dinirQəlbim dinəndə:Niyə pianoçuDoğulmadım bəs?Üzeyir,BethovenYaşardı məndə.
AlmaqçünİlhamınLal sirlərini,Dərələrdən keçibDağlara qalxdım.SənətinKöləlik zəncirləriniTaleyin qolunakönüllü taxdım.Ömrün yollarındaMən axşam-səhərSanki tələbəydiməli kitablı...Şeirli günlərim —Əzablı günlər,Şeirsiz günlərim —daha əzablı.Bir damlaOlsam daÜmman cahanda,Qəlbimə ümiddəndüşən iz oldu.
İnsan yerə,göyəsərhəd qoyandaİlham məmləkətimSərhədsiz oldu.Mən qanad açdıqca,Yer üzərindəHər arzum parladı kəhkəşan kimi.Mən özüm"Köləlik"zəncirlərində,Şerimürəklərəhökmran kimi.
Yazıram...Qəlbimdəinam var mənim!Ata bərabərianam var mənim!Həyatda ilk dahielə anadır!Dünyanın Allahıelə anadır!Dağları görürəmana vüqarlı,DağlardaBir anaucalığı var.Anama baxıram —saçları qarlı,Anamda dağlarınqocalığı var.Ana həyat sözüm,ömür səsimdir,Anamın nəfəsimənim bəsimdir!
Birdənelə bil ki,yenə uşaqdım...Analı uyudum,Anasız qalxdım.Həyat səhrasıylaYol alıb gedənNağıllar karvanıDayandı birdən...Birdən illərimə yağdı ağır qar,Susdu ömrüm boyu dinən laylalar.Bir daha qalxmadımehriban əllər,O məniGünəşəqaldıran əllər!Solğun baxışlarlao dedi, ancaqÖmrün ilk sözünü,son mənasını.Axır nəfəsində pıçıldayaraq,Anam daÇağırdıöz anasını.Ömrə sərhəd qoydubir an...bircə an...Ürək səksəkəli,ürək aramsızBir əsrköç edibgetdi dünyadan,Gələcək əsrlərQaldı anamsız.Əsrlərdillənibharay saldılar,Əsrlərmənimtəkyetim qaldılar!Dünya gecəlidir,Dünya gündüzlü...Əsrlər dilləndiürəyi sözlü:— Böyütdü qoynundasəni mehriban,Anan —Analarınanası,anan!Analar hünərçünövlad doğsa da,Özü analığınböyük hünərdir.Bəli, anaların yaşı dünyadaElə əsrlərin yaşı qədərdir.Övladlar ayrıldıöz anasındanYetimlik üz verdişerə, sənətə:Adlayıbölməzlik astanasındanBir ana qovuşdu əbədiyyətə!
Meh əsdi...Ah çəkdi dağlar dərindən,Göylər təmiz-təmizTökdü qarını.AnalarGedəndəYer üzərindənBizə miras qoyuröz vüqarını.
O yatır, balışıyer kürəsidir,Büllurdan sarayıgöy qübbəsidir.Evlə ana qəlbibirləşsin deyə,Hərdən göy qurşağıçəkilir göyə!Gərək ki, yanına mən tez-tez gələm,Sənə ürəyimimən açam yenə.Sağamsa,mən sənə canlı heykələm,Öləndəsənətim heykəldir sənə!Onunçün deyirəm,Ey əziz insan,Yaxşı ki, sən məni şair doğmusan!
İndi düşünçəli,qəmli anımdaGəlib böyük qızımdurur yanımda.Saçımda qızımıngəzir əlləri...Sanıram gəncliyimqayıdır geri...Qızım anamızınSorağı kimi,Ulu bir çinarın budağı kimi.Qızım Pəri xanım...Baxıram ona...Nədir dünyadakı bu qəribə sirr?Bizə varlığınıbəxş edən anaBizə adını da qoyub gedibdir!O qoyub dünyadaOxşarlığını,Baxışınəvələrgözündə qalır.Aparıb özüyləqocalığını,Gəncliyi qəlbimin özündə qalır,Sözləri şeriminsözündə qalır.
1967-1969.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-ana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Libasnan, duruşnan, boyun-buxunnan,İnsanı tanıyıb, bilmək çətindi.
Ovcumda bir daş vardır...Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyim
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm