Sizə salam olsun, mənə əlvida!
Mənim əcəl adlıBir gözləməm var.Bəlkə ondan sonraSirli aləm var.O aləm nədir?O ancaq AllahınÖz əmrindədir.
Ürəyim sızlayırÜrəklər üçün,Ürək boş yuvadırDiləklər üçün.
Bəs nəyi anırsan,Satqın dostları?Qoltuğa sığınanİtirər arı!
Ona çatmasa daMillətin əli,Amma ki, çağrılırMillət vəkili!
Mən yerə, mən göyəDedim misralar.Bu gün yatır qəlbdəYetim misralar.
Nə qədər ömrüməGəlib qan-qada,Dərdi edam üçünDardan asmışam.
Sanardım yazaramO dünyada da.
Fəqət bu dünyadaArtıq susmuşam.
Bildim ki, həyatdaSusan bir ürək,Artıq o dünyadaHeç dinməyəcək.
Yazmaq da, pozmaq daDemək hədərmiş,Ürək, sənin vəfanBura qədərmiş?
Dostlara qoy yaxınGəlməsin ölüm,Qarıyıb, qocalıbTarix olsunlar.
Sevincim yoxdur ki,Dostlarla bölümBarı dərdləriməŞərik olsunlar.
Qaçmaz qanunundanKimsə həyatın,Dayazda üzmədim,Dərində batdım.
Kaş ömrün sonunaSiz çox gec çatın,Keçdim addım-addım,Mən axır çatdım!
Həyatın zəngindənGəlir son səda,Sizə salam olsun,Mənə əlvida!9 yanvar 2003
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-size-salam-olsun-mene-elvida
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əzəldən heç belə bilməzdim səni,Qəlbimdə ilk arzu, ilk həvəs oldun.
Bircə günlük kəpənəkO sanki günəşlə əldi cahana,Döndü yelpazəyə zərrin qanadı.
Yarımçıq ziyarətZınqırov səsləri yeri titrədir,Karvan gedir görən, hayana sarı?
Bu gün zaman tərəzisi əyilmişdirBu gün zaman tərəzisi,Olub yalan tərəzisi.
Стихи других поэтов
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
QocalmırQocaldır insanı, qocaldır zaman;Ürəyin atəşi, közü qocalmır.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi