Bu gün zaman tərəzisi əyilmişdir
Bu gün zaman tərəzisi,Olub yalan tərəzisi.Riya, böhtan nə ağırmış yer üzündəTərəzinin bir gözündə həqiqətsə,Ağ yalandır bir gözündə.Azadlığı boğan əldənSızan qandır bir gözündə.Qızıl qanlar necə ağır gəlir bu günBuna zaman tərəzisi necə dözsün.?Kişi dönüb arvad olur,Arvad kişi olur bu gün.Dişi dönüb erkək olur,Erkək dişi olur bu gün.Susur sevgi pıçıltısı,Coşur şəhvət hayqırtısı,Ərşə çatır palanların"Seks" adlanan laqqırtısıÜmidlər də, arzular da gül açmamışSolur bu gün.Vaxtı ilə ən qiymətliZiyalılar, kitablardı.İndi isə ən qiymətliDollar ilə hesablardır.Gördüyümüz Məşədi İbadBu gün ocaq başındadır.O seçdiyi gözəllər dəİstədiyi yaşındadır.Şəxsiyyətin böyüklüyü pul ilə ölçülürBu gün.Buna zaman tərəzisi necə dözsün?Tərəzinin bir gözünə,İnsanların insanlaraKin-nifrəti qoyulmuşdur.
Tərəzinin bir gözünəMillətlərin millətlərəƏdavəti qoyulmuşdur.Millət tarac olan vaxtıSərvəti də hərrac olur,Qudurğanlar tox gəzərkənƏzab çəkən el ac olur.Qəhrəmanlıq, mehribanlıqYollarında zil qaranlıq,Sevinc varsa, bir damladır,Kədər-qəmsə bir ümmanlıq.Hər mənzilə ayaq açırŞəhidlərin soraqları,Erkən sönür min-min evin çıraqları,Solur körpə yanaqları,Körpə dərdi çox ağırdır,Yeri, göyü çox ağrıdır.Əliqanlı cəlladlarsa torpaqlarıParça-parça bölür bu gün,Buna zaman tərəzisi necə dözsün?Sən ey əsrin tufanındaYətən vicdan, oyan bu gün!Müsibətlər, məşəqqətlərEdir yaman tüğyan bu gün!Yətən vicdan,Oyan vicdan!Sən insanlıq keşiyində dayan, vicdan.Bəlkə onda ana tarixHəqiqətdən söhbət açdı,Bəlkə zaman tərəzisiElə onda tarazlaşdı...Bu olacaq,Görən haçaq?
28 yanvar 1995
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-bu-gun-zaman-terezisi-eyilmisdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir sevgi gəmisi sahilə çatdı,Göydən bulud endi, yer kölgələndi.
Durnalar qayıdandaBahar yuxusundan oyadır yeri,Artıq könül sıxmır çəndə, dumanda,
Səninlə getdiSən mənə əlvida deyən zamandaO doğma zaman da səninlə getdi.
Son telefon söhbətiSeyfəddin Dağlının əziz xatirəsinə*Şirmayı telefon...
Стихи других поэтов
Anası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,