Zınqırov səsləri yeri titrədir,Karvan gedir görən, hayana sarı?Nə qorxunc olurmuş səhra zülməti,Sovurub hayqırır qum tufanları.Yol hanı?qum selişütüyür yerlə,Yox uzaq evlərin od işartısı,Dəvələr yeriyir ağır ləpirlə,Dəvə kövşəyində qum xırçıltısı.Canavar gözləri yandı, közərdi,Necə ölüm gəlir qarabaqara,Hələ zınqırovlar sirli sipərdi,Sürünən o həris parıltılara.Sarban söykənərək öz çomağına,Düşüb yorğun-yorğun yolun ağına.Səhranın küləyi dönüb qılınca,Bürüyür kolları qumlar təpəsi.Zəvvarlar tələsir karvan dalınca,Fəqət kəsilməyir ulaşma səsi.Əynində ağ geyim sanki kəfəndir,Onlar ölümə də məğrur gedəndir.Necə gözlənməzdir fəlakət anı,İnsan yerdən, göydən aman istəyir.Səhra əjdaha tək açıb ağzını,Gecə elə bil ki, qurban istəyir.Kimsə inanırdı hələ səhərə...Bəli, səhər gəldi, al səhər kimi.Qondu təpə üstə bir alaçöhrə,Dəvələr qum altda təpələr kimiQumlar ağappaqdır, kölgələr qara.Dünyanı qoynuna lal sükut alıb.Hardasa, uzaqda cod tikanlara,Sarbanın papağı ilişib qalıb.

Zəvvarlar qum üstə səpələnmişdi,Bəyaz kəfənlərə qan çilənmişdi.Burda həyat ilə, ölüm üzləşib,Axıb göz yaşı tək şeh kainatdan.Mənə elə gəlir uzaq yol keçib,Təpələr altında babamdır yatan.Qəza niyə qılınc çalıb ki, yarəb,Onlar axtarırkən əbədiyyəti?...Məkkəyə beş addım qalıb ki, yarəb,Qəbul et, yarımçıq bu ziyarəti.

24 sentyabr 1989

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти