— Fərsizsən, düzünüDeyirəm sənə.Bax, qonşun daş əkibAlmas bitirir.Göm-göy əskinaslarAxır cibinə!— Kim nəsə qazanır,nəsə itirir,Ən böyük qorxu daVar-dövlət verir.

— Sənin günün keçir,Qəmdə, təlaşda,Onun gör necə dəBəxti gətirir.Başçıya baş əyənYuxarı başda...— Kim nəsə qazanır,nəsə itirir,Yaltaqlıq — mənəviƏsarət verir.

— Fərsizin qırılarÖmrü yarıda.Ondan ibrət götür,Gör nədir bu sir!Yüksək rütbədədirÖvladları da...— Kim nəsə qazanır,nəsə itirir.Son hökmü əlbəttəƏdalət verir.

— Ədalət gəlincəCan gedir əldən.

Kitab həsrətiləYan sətir-sətir.O, əldən bərk tutur,Sən isə eldən...— Kim nəsə qazanır,nəsə itirir.Əsil qiyməti də,El, millət verir!Mənə qibtə etməz,Dünyada heç kim,Mənə ancaq mənimQürurum qaldı,Bu gün mənimlədirİtirdiklərim,Fəqət qazandığımBu gün xəyaldır!

7 oktyabr 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов