Müəmma
Hardansa dünyaya qonaq gəlirəm,Bəlkə də burdayam mən heç gəlmirəm.Görmək istəyirəm, kimi bilirəm!Sevmək istəyirəm, kimi bilmirəm!Ötüb soyuq-soyuq günlərin min-min,Sənin kimə sevgin, kimə eşqin var!Nədir umacağın dünyadan sənin?Bircə qan qusmağa qızıl teştin var!Kimi sevməlisən bilmirsən əgər,Sənin özünü də söylə kim sevər?
25 noyabr 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-muemma
Клавиши ← → для перехода, R — случайное стихотворение