Niyə gecikdiniz, durnalar, niyə?
Səma yolçuları,həsrət gözlərəm,Bu qədər gecikmək olmaz, durnalar!Sizi üfüqlərdə gəzər gözlərim,Niyə gəlməzsiniz bu yaz, durnalar!
Hər il səmalarda sıralandıqca,Gəldi qanadınız üstündə bahar.Sonsuz mavilikdə misralandıqca,Bir şeir səsləndi sözündə — bahar.
Zillənib göylərəbüllur göz kimi,Sizi durna gözlü göllər gözləyir.Hər il ilahidən düşən iz kimi,Tellər saldığınız çöllər gözləyir.
Gəlin, durnalarım,tarix iziylə,Dünəndən bugünkü əsrədək, gəlin!Füzuli arzusu, Vaqif sözuylə,Yollanıb Bağdaddan, Bəsrədən, gəlin!
Zamanın zəhəriçöksə də yerə,Ağ səma çayı tək axın, durnalar!Bəlkə dözmək oldu çirkli göllərə,Qara ürəklərdən qorxun, durnalar!
Qarabağ gözlərdi gəlişinizi,Hər il yol çəkərdi dağların gözü.Bu gün yanan evlər, —Barıt qoxusu,Nagahan açılanGüllə qorxusuBəlkə pərən-pərən eyləyib sizi?
Ölüm gəzən yerdə,gəzərmi durna?Qan sızan sularda,üzərmi durna?Birdən səs eşitdim...Ona hay verdim.Deyin, bildinizmi, gözüm yoldadır?Bu gün durnaları yuxuda gördüm,
Uçur durnalarım gördüm, yoldadır!İnsanlar! Dayanın!Siz məğrur, uca,Başınız üstündən durnalar gəlir,Onlar qitə-qitə qanad çaldıqca,Görüşə ölkələr, dünyalar gəlir!
Göyləri ayna təkSilir durnalar,Necə büllürlaşır sonsuz bir aləm.Şahanə ləngərlə gəlir durnalar,Hara qonacaqdır deyə bilmərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-niye-gecikdiniz-durnalar-niye
Клавиши ← → для перехода, R — случайное стихотворение