Mənim qəlbimdəykənsən hara getdin?Sandım ki, əlvida dedim dünyaya,Sonradan qaldıranGünəşə, Aya,Sən məni öldürdün, məni diriltdin.Yolumda ətirligül kimi bitdin,Tikanlar ucaydı,budaqlar qısa.Çırpıldım küllərəqan sıza-sıza,Sən məni öldürdün, məni diriltdin.Bəlkə sən beləcəarzuna yetdin?Mənsə vida dedim ümidlərimə.Xoş sözlə son qoydunson kədərimə,Sən məni öldürdün, məni diriltdin.Sən özün bildinmiheç nələr etdin?Öldürüb bağladın həyata məni,Diriltdin — çox sevimdaha da səni,Bununçun öldürüb məni diriltdin?Niyə öldürürsən dirildəcəksən?Niyə dirildirsən, öldürəcəksən?

29 may — 5 iyun 1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти