Ehtiyac...
O necə duyğudurdünya üzundə,Dinmişəm,dillənib,gülmüşəm, gülüb,Bəlkə məncahana gəldiyim gündə,Elə ehtiyac da mənimlə gəlib?Arzu sahilsizdirasiman kimi,Uçmuşam ümidin qanadlarında.Qalmışam bir şeriqurtaran kimi,Başqa bir şeriminintizarında,Bitib-tükənsə dəSaz ehtiyatım —Bitib-tükənməyibSöz ehtiyacım!Günəşə üz tutdum,işıq istədimAydan şeir yazdım —mən aya möhtac.Sən yaşa, ilk eşqim,son səadətim,Dünyadan getsəm də dünyaya möhtacNə qədər ummanlargördüm cahanda,Mən qaldım Xəzərsizdənizə həsrət.Qəlbimdə ilhamımaşıb-daşandaMin sözüm dilləndibir sözə həsrət!Xoş bir söz istədim —Bir qanad kimi.Qəbul eyləməkçinMükafat kimi!Sızdı ürəyimdənsöz damla-damla,Eşqin şərbətinimən erkən içdim,Sevgi —O əbədiehtiyacımla,Ömrün yollarını mən qoşa keçdim.Aldım ucalığıgöy çinarımdan,Gördüm çinarımlamən kainatı...Gül dəstə bağladımmisralarımdan.Sanki bir çiçəyimyenə çatmadı.Əsrim də ucaldı,Mən də ucaldım.Mən yenə ehtiyacİçində qaldım.Hələ ümid varmıyenə gözləyim,Elə ömür varmı ölümsüz olsun?!İstədim xalqımaelə söz deyim,Xalqımın qəlbindəngələn söz olsun.Sabah vidalaşdımözüm bəlkə də —Qoy eşqim çağlasınşəlalə kimi.Bitib-tükənməmişsözüm bəlkə də,Bitəcək torpaqdan bir lalə kimi!Qoy onda cahanaYenə göz açım,Bəlkə bir laləymişSon ehtiyacım?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-ehtiyac
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.