Allah sənə rəhmət eləsin S.Vurğun

Şəxsiyyət gözlədik,Pərəstiş gəldi.Pərəstiş üçün dəGöstəriş gəldi.

Qaldıq pərəstişləŞəxs arasında.Xeyir də yox olduNəhs arasında.

Rəhbərlər adıylaÇağladıq, coşduq,Şəninə sifarişNəğməsi qoşduq.

Yandı bayraqlarınQızıl şöləsi,Düşdü üstümüzəAni kölgəsi.

Güllər yerin, göyünnaxışı kimi,Sözlər də yalanınYalnışı kimi.

Məntiqi itirib,mətni səhv salan,Xatirdə qalandır,yaddaşda qalan.

Bəlkə bizə göylər,Yerlər də güldü,Rəhbər ölməmişdən,Şeir də öldü.

Mənim bəlalardanAhu-zarım var,Elə lap bu gün dəGünahlarım var.

Sızlasın misralarmənim yerimə,Tövbəylə qoy günahYanaşı olsun.

Deyirəm o, ölənŞeirlərimə,Qoy bir poemam daBaş daşı olsun!

Əsrin günahıdırŞair günahı?Əsrin övladınıƏfv et İlahi!

4 aprel 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов