Ağıllı gəmi
Səma mənim, dünya mənim,Dünya boyda dərya mənim!Tüğyan etmə bu qədər sən,Zərif mehdən titrəyərsən.
Mən dəryada doğulmuşam.Dalğalarla bir olmuşam.Oynadacaq səni külək,Ağ köpüyə çevirəcək.
Qəzəbli fırtınaTutub aləmi.Dalğadan dalğayaAdlayır gəmi.Sükançının mətin səsiXoş nəğmə kimi!
Dəli fırtınanıSusdurur sözü,Mehriban səsi,Bir də gəmisi.
Ağappaq köpüklərHalqa halqadır.İndi gəmi özüBəyaz dalğadır.Balıqlar oynaşır,Rəngbərəng, xallı…Fırtına güclüdür,İnsan ağıllı?
15 iyul 2003
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-agilli-gemi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
به عشوه تا کیم خرسند داری؟
Yaxşıdıİnsana mərhəmət ola kəramət,Baxtıla fərasət, kamal yaxşıdı.
Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!
MənRəhm et mənə gülüzlü yar,Qəribi-binəvayam mən.