Nə zaman görmüşəm,Səni nə zaman?Hər an sığınmışamEtibarıma.Sən hələ dünyayaGöz açmamışdanGəlirdin astacaYuxularıma.

Cahan gur işıqlaElə doldu ki,Qoşdum zirvələrdənMən düzə kimi.Özüm də bilmirəmNecə oldu ki,Birdən gördüm səniMöcüzə kimi.

Kədərlə qarışıqSevinc duydum mən,Baxanlarsa, məniBəxtəvər sayır.Eyni bir taleliİnsanlar görən,Nə üçün dünyadaAyrı yaşayır?

Başqa bir ümid dəOyanır məndə,Sən də sığınarsanEtibarına.Bəlkə mən dünyadanKöçüb gedəndə,Gələrəm astacaYuxularına!30 yanvar 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов