Molla dayı! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan elinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne həddi var idi ona bir söz deyə? Gücü çatmayanı daşnan vurub yıxırdı.

Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç aişin yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu! Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub. Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyı qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə-deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt, mırt…

Allah baisin evin yıxsın ki, mənim evimi yıxdı, uşaqcığım xarab oldu. Çarəm kəsilib dedim şkolaya-zada getmə, sözümə baxmır. Neyləyək, dünən arvad gedib Çənbərəkəndə mollaya baxdırıb, zahm oğlu elə deyəsən yanında, deyib ki, ay arvad, senin oğluna cadu eləyiblər. Bir neçə dualar yazıb verib ve tapşırıb ki, hər həftədə bir dəfə gel ona dua yazım apar, əgər sağalmasa bir-iki aydan sonra apar Nuxaya “Babaratma” pirinə: ne cür dəli olsa, orda sağalar. Bir de bərk-bərk tapşırıb şkolaya qoymayım. Hə, deyirəm ki, getmə o xarabaya, qulaq asmır. Sen, deyirlər, dua yazmaq bilirsən, nə olar bircə dua yazıb göndərəsən ki, oğlum şkoladan əl çəkə. İnşallah yolun quru qalmaz.

Dərdmənd

“Molla Nasreddin”, 6 yanlar 1907, №.1

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəbi̇rdən xortlayan adam

“Sözün yalanı olmaz, yanlışı olar”. Əvvəlki günkü “Şərqi-Rus” da “Aelita” adındakı xanım qızın “Litargi” naxoşluğıma düçar olub uzun müddət yuxulamaqda, uyumaqda olduğu yazılmışdı. O maraqlı, qəribə vaqiə, əlbəttə, hənuz yadınızdadır.“Aelita”nın vaqiəsini oxuyarkən bu naxoşluğa aid xeyli il əwel oxuduğum əsərlər xatirimə gəldi. Onlarda yazılan vaqiələr, hekayələr, xəyalımı təkrar işğala başladı. Təxəyyülüm getdikcə artdı, o dərəcədə ki, kiçiklikdə eşitdiyim xortluyan, cin, pəri, qulyabam, div, əjder, sehr, simsim…hekayələri, məsəlləri xəyalımda təkrar canlandılar, özlərini yada saldılar… Ah, o sözlər, o qorxulu sözlərin kiçiklikdə xəyalımda hasil etdiyi vaqiələr, təsəvvürlər hələ yadımdadır. Bəli, axşamleyin qonşu nənəmdən dinlədiyim yeddibaşlı əjdəriər, dağ böyüklüyündəki divlər ildırım kimi sürətlə gedən kəsik başların qorxusu ilə şeherə qədər yuxulamadığım gecələri yad edirəm. Nə tövr yad etməyim ki, kiçiklikdə qulaqlarımızı ən ziyada dolduran bu qorxunc sözlər idi. Cürət və cəsarətimizi yox edən bunlar idi. Fikir və xəyal lövhəmizə ən ziyadə nəqş olan bunlar idi. Ən ziyadə bildiyimiz, əzbərlədiyimiz, gündüzləri dilimizə, gecələri zehnimizə gələn bunlar idi. O vaxtdan bəri tam 20 il keçdi. Lakin bu hekayələr, onların təsiri ilə vücuduma düşən titrəmələr bugünkü kimi yadımdadır. Bu da yadımdadır ki, bir gün camaat arasında belə danışırdılar: Daşdemir ağanın öldüyü ancaq bir həftə olur. Hanı o Daşdəmirağa ki, bir ay əvvəl Qoçəlinin 2-3 uşaq anası olan gəlinini zorla qapıb meşəyə götürmüşdü. Di… bax, Allah onun etdiyi zülmə görə bu dünyada ikən də yanma buraxmadı. Deyirlər ki, dün gecə məzarından xortlamış, yan gecədə evinə gəlmiş, qapım vurmuş, oğlu Aslan qonaq sanaraq qapım açmış, kefənli xortdanın qapıda dimdik durduğunu görmüş, xəncərini almaq üçün dərhal içəri yüyürmüş, babası öylə sanmış ki, oğlu anasına xəbər verəcək, içəri girməyə başlamış. Oğlu fikir etmiş ki, bu xortlaq içəri girib həpimizi boğacaq. O saat xəncər ilə babasını parça-parça etmiş…”

190414 мин
Günah ki̇mdə?

Biçarə, məzlum Xədicə iki ay sonra 17-ci baharını görəcəkdi. Bu ən fərəhbəxş baharından bir az sonra ən müqəddəs, ən ruhəfza əməlləri hüsula gələcəkdi. 8-9 ay əvvəl bir üzük ilə nişanlandığı İsmayıl ilə o, müvafiq yaşdaşı ilə 4-5 ay sonra baş-başa yaşamağa başlayacaqlardı. Bu ümid və arzuların verdiyi həsrət Xədicənin ürəyinə sanki sığmırdı. Bu qəlbi məsənətler Xədicənin tebii ola məlahətini, cazibəsini, şətarətini bir daha artırırdı, mütənasib vücuduna, lətif əndamına özgə bir gözəllik bəxş edirdi. Günlər keçdikcə şadlıqlar artır, ümidlər böyüyür, təxəyyüllər genişlənirdi. İsmayılın xəyalı Xədicənin bütün qüvveyi-mövcudiyyətini zəbtinə keçirmişdi.  Bu şadlıq günlərin birində toy hesabatı qərarlaşdırmaq və İsmayılın verəcəyi başlıq axçasını teyin etmək lazım görüldü. İsmayılın böyük qardaşı Xədicənin atasının yanına gəldi. Hesablaşmağa, qərarlaşmağa oturdular. Toy, paltar, təam barəsindəki hesablan görüb qurtardılar. Lakin başlıq ağçasında bir tövr uyuşamadılar. Xədicənin atası 200 manatdan bir qəpik də əskiyə razı olmayacağına qəsəmlər edir, İsmayılın qardaşı 150-dən artıq verməyə qüdrəti olmadığını anladırdı. Söz uzandı. Heç biri iddiasından geri durmadı. Bir-birilərine yaman-yaman sözlər deməyə başladılar. Nəhayət, iş pozuldu. Xədicənin atası İsmayılın 9 ay əvvəl göndərdiyi nişan üzüyünü qızının barmağından hiddətlə çıxardı.İsmayılın qardaşından geni döndərmək üzərə ayrıldı. Zavallı Xədicə, qələmi əlindən alınmış vətən və millət aşiqləri kimi düçari-yəs oldu. Günlər keçdikcə Xədicənin nəticəsi dəhşətli xəyallar, düşüncələr qapayırdı. Xədicənin atası qızım bu vaqiədən bir ay keçməmişdi ki 2-3 günlük uzaqdakı kənddə dövlətli, dul bir kişiyə öz başına nişanladı. Xədicə bu qara xəbəri ancaq on gün sonra anasından duya bildi. Demək ki, Xədicə 9 aydan, bəlkə bir ildən bəri məhəbbətini, meylini bağladığı İsmayıldan yoldaş olacağına qətiyyən qərar verdiyi o xoş təbiətli, o gülərüzlü cavandan həqiqətən ayrılacağını hiss etdi. Vücuduna şiddətli bir titrəmə düşdü. Heç ümid etmədi ki, bir yerdən əri, yəni həyat yoldaşı, məhəbbət müştərisi, məyusiyyət mədayehi… olacaq aşdaşının halını qonşularından xəbərləşdi: 50 yaşında, xəstə, 4-5 uşaq sahibi dul bir dövlətli olduğunu anladı. Anladı ki, zülm və istibdadın, insaf və haqsızlığın ən dəhşətli əsiri olmuş, anladı ki, insanlıq hüququ, hər kəsin tapındığı hürriyyəti əlindən zəbt edilmiş Xədicə bir neçə ay sonra o mərəzli, murdar qoca kişi ilə əl-elə, diz-dizə olacağım təsəvvür etdikcə istəyirdi ki, səhərlərə qədər ağlasın, axşamlara qədər yeyib-içməsin’ Zaman keçdikcə o lətif üzlü Xədicə də ölü halına keçirdi. Gün olardı ki, ağzına heç bir şey götürməzdi. Az vaxt içində Xədicə zəifləşməyə, saralmağa başladı. Bir az zaman sonra şiddətli öskürəyə tutuldu. Böyürlərində sancı peyda oldu. Anası arabir “ay qız, senə nə olur ki, yeyib-içmirsən?!Nə üçün gözlərin qızarır. İstəyirsən atana deyim cindar molla Süleymanı gətirsin. Kitaba baxdırsın. Nüsxə yazdırsın” deyirdi.

19049 мин
Cavan bi̇r mi̇llətpərəsti̇n vəfati

Şəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki,  o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.

19044 мин
Biz də vaxta görə çalışaq

Millət, yetər bu sabir, bu cövrü təhammülat, Heç olmasın cəhalətə bağlı olan həyat Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.

190411 мин

Стихи других поэтов