Nə Deyim
Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.
Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…”
Budur, tanışlarımdan bir nəfər rus yanımı kəsib soruşur ki, “Sizin müsəlmanlar bu gün niyə bu qədər başlarına vururlar? Yoxsa bunlar iranlılardır ki, vətənlərinin halına ağlayırlar?”
Allah xatirinə, ay şiələr, bir məni başa salın görüm bu rusa nə cavab verim ve nə deyim?..
Hələ men bilmirəm ki, xalqın biznen nə işi var. Dünən bir erməni mendən soruşur ki, Naxçıvanda filan hacı niyə 22 lirə pulu göndərir müftexor müctəhidə.
Deyirəm ondan ötrü ki, Hacı Allah bəndəsidir, mömindir, səxavətlidir, dindardır və xülasə. Gör nainsaf erməni mənə nə cavab verir. Mənə deyir ki, asma, din haqqı, İsa haqqı, o hacı ki, müctəhidə 22 lirə göndərib, keçən il rusa pambıq satanda pambığın içinə altı danə köhnə İrişmiş meşoku soxmuşdu ki, pambıq ağır gəlsin. Pambıq alan Hacının fəndini duyub bir çox adam İçində hacının üzünə tüpürdü.
İndi men bilmirəm erməniyə nə deyim və nə cavab verim?
Dəli
“Molla Nəsrəddin”, 1910, N1
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-ne-deyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Millətlərin dərəceyi-tərəqqiləri məhz bir şeylə ölçülür ki, o da ancaq mətbuatlarıdır. Hansı məmləkətdə çoxlu nəfli, davamlı və nüfuzlu mətbuat varsa, ən mütərəqqi və mədəni məmləkət də orasıdır.Mətbuatı olmayan millətin mövcudiyyəti-istiqbalı qətiyyən yoxdur. Mətbuatı olmayan millətin və məhəbbəti-vətəniyyəsi, nə qeyrəti-milliyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər.
Yazımız, dilimiz, “ikinci il”imizMöhtərəm şair və ədibimiz Ə.Hüseynzadə cənabları “Tərəqqi”nin 13-23-cü nömrələrində yuxarıdakı ünvan ilə yazdığı məqalələrində, hamımıza aid ən əhəmiyyətli bir ehtiyacdan, ən lazımlı bir məsələdən bəhs edir ki, bunun üçün hamıdan irəli ədibimizə öz təşəkkür və ehtiramımı təqdim edirəm.Öz əqidəmizə görə, Hüseynzadə cənablarının yazılarının bir parasını haqlı və çoxunu haqsız tapdıq. Onun yazdığının gödəkcə məzmununu, bəzən eynini yazıb altından öz fikrimizi bəyan edirik.
ƏtiqəBakıda Quba meydanından keçirdim. Gördüm camaat o qədər yığılıb ki, deyəsən cəmə məsələsindən ötrü mitinq edirlər. Bir az yaxın getdim ki, görüm bu nə qiyamətdir? Lakin bir zad anlamadım. Ancaq deyənək guppultusu ilə qarışıq bağırtı səsləri eşitdim. Bu həngamədə üç-dörd gavur əcnəbi səyyahlar da mənə yaxın gəlib, mitinqin səbəbini duymaq istədilər. Bunların biri tez fotoqrafiya maşını çıxarıb mitinqin şəklini almağa başladı.Mən daha artıq şəkləndim və fikir etdim ki, bu azğın müsəlmanlar polisəni ortaya alıb protest edirlər. Amma camaatın çoxluğundan yaxına gedə bilmədim. Axırda bir həmşəridən xəbər aldım ki, “Qardaş, bu nə xəbərdir?” Həmşəri tütün çubuğunu ağzından çıxarıb bir neçə kərə citfit etdi. Tüprüyü düz səyyahın üstə düşdü. Bir az sonra mənə böylə cavab verdi: “Zalım uşağı itlər gəlib kababçıların ətlərini yeyiblər, kababçılar da itlərdən intiqam alırlar”.
Yardım təcili lazımMüharibə münasibətilə Qafqaz müsəlmanlarının düçar olduqları fəlakəti kiçik hesab etməyiniz. Qars oblastında üz verən bədbəxtliyi Bakıya, Gəncəyə qədər gələn 40-50 ev ilə, Axısxa kəndlərinə can atan bir neçə yüz müsəlman azlığı ilə müqayisə etməyiniz. Fəlakət təsəvvür etdiyinizdən daha müdhiş, xəyal edə bildiyinizdən daha çəkərsuzdur.Fəlakət və səfalət Qars, Ərdəhan, Kağızman, Olti okruqlarını tamamilə tutmuşdur. Oralarda yüz minlərcə müsəlman camaatı yardıma möhtac bir haldadır.
Стихи других поэтов
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
شد روی یار جلوهگر از زلف مشکبیزصبح امید میدهد ای بخت خفته خیز