Deyirdin dünyadan yoxdu xəbərin,Bakıdan yox imiş xəbərin, şair.Toxlar tikdiyini, Aclar sökdülər,hardadı “İçəri şəhər”in, şair?

Reklam fars dilində, alman dilində,Mozambik dilində, yunan dilində,Ana vətənində, ana dilindəpozuldu mübtədan, xəbərin şair.

Ocağı yandırdıq, közü nə oldu,nə oldu, hər kəsin özünə oldu.Bakını verdilər, kazino oldu,bəs sənin nə oldu dəyərin, şair?

Biri “Mersedes”ə hissə axtarır,o biri çörəyi nisyə axtarır,kimsələr içində kimsə axtarır,hardadı, xanların, bəylərin, şair?

Aşağı ac gəzir, yuxarı toxdu,aşağı olalı, yuxarı yoxdu.Yüz de, bir şeyin ki, axırı yoxdu,nə sözün sayılır, nə şerin, şair.

Şair doğulmağın başa bəlaymış,gərək başdıların başa salaymış.Niyyət nə Məkkəymiş, nə Kərbəlaymış,tapdılar yolunu gəlirin, şair.

Azadlıq istəyib, müstəqil olduq,gəlmələr müstəqil, biz fəqir olduq.Müqəssir axtarma, müqəssir olduq,qarışar axşamın, səhərin şair.

Getdi sətiraltı yazan vaxtımız,indi də minbərdən “Əzan” vaxtımız.Bazarda qazanha-qazan vaxtımız.sənin ki, yoxdu bir xeyirin, şair?

Xarici maşınlar dalbadal keçir,lallar dil açıbdı, natiq lal keçir.Könlümdən yeni bir İstiqlal keçir,hardadı əzəlki hünərin, şair?!

23 yanvar, 1993

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов