Gizli aləmi var bu təbiətin,məncə, açılmayıb düyünlər hələ.Dünən bir məclisdə düşdü söhbətin,sənin bir tələbə yoldaşın ilə.

Pünhan sirrimizi açmadım, inan,Könlümü versəm də hissə, duyğuya.Güya tanıyıram səni uzaqdan,bir az eşitmişəm haqqında... güya.

Soruşdum: necədir gülüşü, səsi?Gördüm bambaşqadır qəsdi-qərəzi,

Gözünü görübdü, adi deyibdi,ordakı ovsunu o, görməyibdi.

Dedi, bir partada oturursunuzfəqət, xəbərsizdi səndən o duzsuz.Mən qulaq asdıqca danışdı yenə,kimsə düz deyibdi,ədalətə bax!Düzü, aramızda hörmət xətrinə,cavab qaytarmadım, amma heç nahaq.Belədir həyatda qəribəliklər,bir dünya qərq olur bəzən bir selə.Duyğunuz yanında can qoymaq – hədər,itir, adiləşir gözəllik belə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов