Страница 1 из 2

Bağçada.

B a h a d ı r (tək oturub əlində qəzet oxuyur. Bup az fikirdən sonra.) Avqust ayı da gəlib çatdı.... Günlərim, dəqiqələrim ciddi surətdə yeriş edir.... Mümkün olsaydı, dəqiqələrimi gün, günlərimi ay edərdim. Sona kimi təmiz, pakizə bir vücuddan ayrılmaq dəhşətli bir vaqiəyə hazırlaşmaq kimi nəzərə gəlir....

ƏVVƏLİNCİ GƏLİŞ

Sona və Bahadır.

S o n a (əlində kitab, gülə-gülə gəlir). Siz dünən millət sözünü bəyan edib dediniz, "millət bir dində bulunan camaat". Fəqət bu gün oxuyarkən "qövm" sözü rast gəldi və haman mənada işlənir, deyilmi?
B a h a d ı r (yerindən durur, gülümsünüb, fikirli). Doğrudur, gah vaxt bir mənada işlənir. Fəqət yaxşı olar ki, işlənməsin. Məsələn: xristian milləti dedikdə bir çox qövmün bir dinə qulluq etməyini göstərir: ruslar, fransızlar, almanlar, xristian millətidirlər, türklər, ərəblər, farslar bir dinə qulluq etməklərinə səbəb islam milləti adlanırlar.Fəqət bunların hər birisinin özlərinə məxsus adətləri, dilləri vardır. Demək ki, bir çox qövmlərin birləşməyinə din səbəb olarsa da, hər bir qövmə məxsus dil və adət onları bir-birindən ayırır. Din qövmləri bir nöqtədə birləşdirərisə qövmiyyət bunları yüz nöqtədə bir-birindən ayırar. Din bir çox qövmə ümumi bir tərəqqi yolu göstərər isə hər qövmə məxsus tərbiyə, adət, dil haman qövmün qeyri bir yol ilə tərəqqiyə yeriş etməyinə səbəb olar. (Fikir). Xristian dinində olan qövmlər ciddi bir sürətlə yol tutub gedirlər. Bir qövm elmdə artıq dərəcədə tərəqqi edirsə də o birisi onun dalınca çaparaq gedir. Fəqət.... Ah!.... (Başını tutur.)
S o n a (Bahadıra diqqətlə baxır). Bahadır bəy! Nə üçün ah çəkdiniz? A! Nə üçün əhvalınız dəyişdi.
B a h a d ı r. Heç, xanım əfəndi!
S o n a. Xeyp, sizin ahınızdan mən özgə bir şey anladım. Təvəqqe edirəm məndən heç bir şeyi gizlətməyəsiniz.
B a h a d ı r. Həqiqət, xanım əfəndi, sizə dair bir söz demədim!
S o n a. Bahadır bəy! Hərgah indi çəkdiyiniz ahın mənasını söyləməsəniz, ürəyimdə bu bir böyük dərd olar. Bilirsiniz, qızın ürəyi oğlanınkı kimi deyil.
B a h a d ı r. Xanım əfəndi! Mən xristian dinində olan qövmləri nəzərimdən keçirdikdə dedim: bu qövmlər tərəqqi yolunda çaparaq bir-birini qovurlar. Bu vaxt istədim islam dinində olan qövmlərdən də sizə misal gətirəm. Fəqət onlar pərişan bir halda nəzərimə gəldi.... Budur, xanım əfəndi, mənim ahımın səbəbi!
S o n a (ətrafa baxıb bir az fikirdən sonra Bahadırın əlindən tutub). Fikrinizi aşkar etmək üçün təşəkkürlər edirəm. Ümidvaram ki, bundan sonra bu barədə fikirlərinizi məndən gizlətməyəsiniz....
B a h a d ı r. Xeyp, xanım əfəndi! Gizlətmərəm ,fəqət söyləməyə də sözüm yoxdur. Nə söyləyim də? İslam dinində olan qövmlərin hankı birini meydana gətirib də dedim: budur, tərəqqi yoluna üz qoyub gedirlər.... Nə isə, islam milləti ümumən bir bəlaya mübtəladır.
S o n a. Həqiqət, çətin məsələdir. Müsəlman millətinin və ya müsəlman dövlətlərinin hər yerdə tənəzzüldə yaşamaqlarına səbəb nə ola, əcəba?! Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir. Ruhanilər bu yolda böyük rollar oynayırlar, deyilmi?
B a h a d ı r (gülümsünub). Bəli, xanım əfəndi! Zahirdə həqiqət belə görünür. Fəqət bu məsələyə bir az ehtiyatlı girişmək lazım gəlir. Hamı millətlərdə ruhanilər bir neçə səbəblərə görə dünya elmlərinə düşmən olublar, yəni tərəqqi yolunu mümkün olan qədər camaatın üzünə bağlı qoyublar. Lakin bu məsələdə xristian aləmi ilə müsəlman aləmində bir təfavüt görünür. Xristian aləmində ruhanilər elmlərə düşmən olublarsa da padşahlar və dövlətlər ruhanilərlə müdam müharibədə bulunublar. Ruhanilər əski qanunlara yapışarkən camaatı qaranlıqda saxlamaq istəyib.... Padşahlar, daha doğrusu,dövlətlər isə zəmanənin təqazasına görə təzə qanunlar meydana gətirməklə millətin tərəqqisinə çalışmağa labüd olublar. Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin zəncirlərindən yavaş-yavaş xilas edibdir: müsəlman aləminə diqqət edərsinizsə, bu müharibəni görməzsiniz. Padşah həm xəlifə olubdur, həm də dövlətin yol göstərəni. Padşah, ya xəlifə, ya zəmanənin ən böyük ruhanisi tərəqqi yolunu yer üzünə qəsdən və ya səhvən bağlayıbdır.... Daha açıq söyləyim: insanın məişətinə, dünyasına dair məxsusi qanunlar ibadətə dair qanunlarla bir gücdə saxlanıbdır. Xristian aləmi haman müharibənin zoruna bu qanunları bilmərrə ayırıbdır. Yəni xristian ağlı müdam tərəqqi yolunda işlərkən müsəlman ağlı əski qanunlarla kifayət edib paslanm?sd?r.... Demək ki, islam barəsində bədgüman olanlar "lujiq" aləmində öz səhvlərini düşünməyirlər. İslam həqiqət, tərəqqiyə, yəni elmə düşmən olsa idi, ərəblər islamı qəbul edəndən sonra bir zaman tərəqqi yolunda olmazdılar. Əcəba, nə üçün əxlaqları büsbütün pozulmuş ərəblərə dini-islam gəldi? Əlbəttə, əxlaqı pozğun qövmün əxlaqını düzəltmək üçün, yəni ona tərəqqi yolunu göstərmək üçün. Açıq söyləyim: bir camaat, ya qövm üçün müəyyən bir din ortalığa gəlirsə, haman camaat, ya qövm səbəb olar, deyilmi?
S o n a. Bəli.
B a h a d ı r. Belə olan surətdə demək olurmu: filan din, filan camaatın, ya qövmün təmizliyi üçün gəlibdir?

Buna bərəks gərək deyilə: hər din camaatın tərəqqisi üçün gəlir, din gətirən camaatın xeyrini nəzərdə tutur. Dini qəbul edib onun intişarına çalışanlar nazik bir nöqtəni anlamaq istəmirlər.... Xristian dinini intişar edənlər bir Lüterin çıxmağına səbəb olan kimi islam aləmi də öz Lüterini gözləyir. Bu "Lüter" gəlib də deyəcək: insan daima tərəqqi yolunda yaşayarkən, onun məişəti və ağlı müəyyən, həmişəlik bir qanuna kifayət edə bilməz. Haman bu mətləbi islamı gətirən aşkardeyibdir: hər bir işi ağla həvalə et, ağıl nə buyurarsa, ona əməl et. Fəqət bu iki mənsəb --padşahlıq-xəlifəlik, bir vücuddan olmaq, yəni fikir olunan müharibənin olmamağı bu gözəl və tamam düyünləri açan sözlərin gizlin qalmasına səbəb olubdur.
S o n a. Bəli ... düşünürəm.... Günah din gətirəndə deyil, bəlkə dini intişar edənlərdədir.

İKİNCİ GƏLİŞ

Sona, Bahadır, Daniel.

D a n i e l. Bahadır bəy! Yoldaşınız Aleksey sizi görmək istəyir.
B a h a d ı r (ayağa durur). De gəlsin.
S o n a. Yavaş, qoy mən gedim sonra.
B a h a d ı r. Nə üçün, xanım əfəndi! Siz tanışsınız ki.
S o n a. Yox, yenə necə olsa yaxşı deyil, bəlkə gizli sözü var.
B a h a d ı r. Yaxşı, xanım əfəndi!
S on a (Danielə). De gəlsin. (Özü çıxır).
D a n i e l. Baş üstə. (Gedir).

ÜÇÜNCÜ GƏLİŞ

Bahadır, Aleksey.

A l e k s e y (Bahadıra əl verib). Nə üçün bu neçə gündür görünmürsən?
B a h a d ı r (yer göstərir). Aleksey! Bir az kefsiz idim.
A l e k s e y. İndi, doğrusu, Məngilisin də ləzzəti gedir. Yağış tez-tez yağmağa görə heç yerə getmək olmayır. Dünən səhərdən axşamadək yağmura görə evdə oturmuşam. Yaxşı ki, səndən qəzetələr aparmışdım. Hamısını oxudum, vaxtımı keçirdim....
Amma "Tərcüman" qəzetəsində bir məqaləyə diqqət etdim.
B a h a d ı r. Nə xüsusda?
A l e k s e y. Dil xüsusunda yazılmış məqalə.
B a h a d ı r. Doğru deyirsən, diqqət olunmalı məqalədir.
A l e k s e y. Nə əcəb, türklər bu vaxtadək bu məsələyə diqqət etməyiblər?
B a h a d ı r. Türklər də, biz də dil məsələsində hələ bir nöqtəyə gələ bilməmişik. Hankı dil ədəbi dil olmağını bu vaxtadək həll edib qurtarmamışıq. Bu barədə iki bir-birinə bərəks təsəvvür görünməkdədir. Yazanlarımızın əksəriyyəti deyir: ədəbi dil ərəb, fars sözlərinin çox olmasına bağlıdır. Bir çox azı da deyir: ədəbi dil orta qism adamın dilidir.
A l e k s e y. Sən nə fikirdəsən?
B a h ad ı r. Mən.... Mən deyirəm: ədəbi dil camaat dilidir. Yəni, camaat hankı dildə danışırsa, o dildə də yazmaq gərəkdir. Məncə, ədib camaata tabedir, nəinki camaat ədibə.

DÖRDÜNCÜ GƏLİŞ

Bahadır, Aleksey, Yusif.

Y u s i f (balkondan). Rüsxətmi? Sizə mane olmuram?
B a h a d ı r (yerindən durur). Xeyr, xeyr! Buyurunuz.
Y u s i f (Alekseyle görüşüb). İki student ki, bir yerdə oldu, həmişə mühüm söhbət olunar, deyilmi? Ah! Ah!
B a h a d ı r (gülə-gülə). Xeyr! Çox vaxt boş danışıq da olur. Fəqət indiki söhbətimiz doğrudan da mühüm söhbətdir.
Y u s i f. Mən dedim! Ah, ah! Xeyr, mən səhv etmirəm.
A l e k s e y. Bəli, yaxşı bilibsiniz! (Gülür.)
Y u s i f. Bilirsinizmi, mən özüm az oxumuşam. Atamın tək oğlu olduğuma görə atam öləndən sonra oxumaq mümkün olmadı. Ancaq gimnaziyanı qurtarmışam. Əlbəttə, indi çox heyfsilənirəm. Bununla belə, məlumatım artsın deyə, çox oxumuş
adamların söhbətlərini sevirəm.
B a h a d ı r. Maşo xanım və Sona xanım kimi elmli xanımlarla siz həmişə söhbətdəsiniz. Bunun özü bir xoşbəxtlikdir!
Y u s i f (gülə-gülə). Bu neçə ilin ərzində onlardan öyrəndiyimi öyrənmişəm. İndi sizdən də öyrənmək istəyirəm.
B a h a d ı r, A l e k s e y. (gülürlər). Ah! Ah!
Y u s i f. Gülərsiniz!
B a h a d ı r. İndi öyrənmək istəyirsiniz, buyurunuz. Siz gəlməmişdən biz dil xüsusunda söhbət edirdik. Yəni, hankı dilə ədəbi dil demək olar, məsələsini müzakirə edirdik. Məsələn, qeyri millətlər dillərini, yazılarını asan etmək istərkən,
müsəlmanlar dillərini və yazılarını daha da çətinə salırlar.
Y u s i f. A!.... Bu artıq dərəcədə əhəmiyyətli məsələdir. Axı deyirəm iki student bir yerdə olanda əhəmiyyətli söhbət olunar. İndi siz bir az səbr ediniz. (Durub qulluqçunu səsləyir.) Daniel! Daniel! Bura çay gətir. Xanımlara da de gəlsinlər. (Gəlib oturur). İndi mən sizə qəribə əhvalat nəql edəcəyəm. Biz Tiflisdə olarkən bizimlə qonşu bir müsəlman mağazası var idi. Bunun sahibi həmişə müsəlman qəzetəsi alıb oxuyandan sonra oxuduğunu mənə nəql edirdi: "Qonşu, filai şəhərdə filankəsi öldürüblər, filankəsin evini yarıblar, nə bilim, filan yerdə filan adam işləyərkən quyuya düşub boğulubdur". Həmişə də belə xəbərlər deyərdi. Bir gün yenə belə bir xəbər nəql edəndən sonra mən dedim: qonşu! Bəyəm sizin qəzetələrdə ancaq adam öldürməkdən, ya oğurluqdan yazırlar? Qonşum təəccüb ilə mənə baxıb dedi: "Qeyri şey yazırlarsa da, mən bilməyirəm. Ancaq bu əhvalatları oxuyuram". Mən dedim: xeyr, ola bilməz ki, qəzetələrdə ancaq belə xəbərlər olsun. Bizimqəzetələrdə siyasi, milli, elmi məsələlərə dair həmişə yazırlar. Mənim sözlərimin cavabında dedi: "Bizim qəzetələrdə də yazırlar. Fəqət mən oxusam da düşünmürəm. Ona binaən ancaq "Xəbərləri" oxuyuram". Ah! Ah! (Gülürlər.)
B a h a d ı r. Dürüst deyir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci məclis

Vaqe olur Məngilisdə Yusifin evində. Səhnənin bir tərəfində yaxşı bəzənmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pilləkən bağçaya tərəf, bağçada stol və stullar.ƏVVƏLİNCİ GƏLİŞ

19159 мин
Üçüncü məclis

Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)

191510 мин
Dördüncü məclis

Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ

191513 мин
Beşinci məclis

Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).

19152 мин

Стихи других поэтов