Страница 2 из 2 · 50%

BEŞİNCİ GƏLİŞ

Əyləşənlər, Maşo, Sona.

Y u s i f. Budur, xanımlar da gəldilər.
M a ş o (Aleksey ilə əl verib). Xoş gəlibsiniz.
S o n a (Alekseyə). Çoxdandır görünmürsünüz.
A l e k s e y. Bəli, hava müqəssirdir.

ALTINCI GƏLİŞ

Daniel çay gətirib stol düzəldir. Stəkan və samovar qoyulmuşdur.

S on a (çay qoyur). Atam çox gülürdü, səsini eşidirdim. Görəsən sizə nə nəql edirmiş?
Y u s i f. Mən gəlib söhbət üstə çıxdım və bildim də nəyə dair söhbət edirlər. Hərgah sən də bildin?
M a ş o (gülümsəyib Bahadıra baxır). Bilirsiniz, Yusif həmişə deyir: iki bir sənətdə adam bir yerdə rast gəlsə öz sənətlərinə dair söhbət edirlər. Məsələn, deyir: iki müəllim bir-biri ilə ya dərsdən söhbət edirlər, ya kitablardan; iki ovçu ovdan söhbət edirlər, sövdəgarlar alış-verişdən, iki arvad rast gəldilərsə, modadan, paltardan danışırlar.
H a m ı (gülürlər). Ah! Ah!
A l e k s e y. Çox vaxt doğrudan da belə olur.
S o n a. Mən, həzərat, bu sözlərə şərik deyiləm. Arvadlar barəsində deyilən sözlər səhvdir. Arvadların modadan başqa əcəba, söhbətləri yoxmu?
Y u s i f (gülə-gülə). Qızım, hirslənmə, mən hamı arvadları demirəm. Əksər övqat söhbət modadan olmağını söyləyirəm.
S o n a. Xeyr, atacığım, mən hirslənmirəm. Fəqət bir-iki arvadın modadan söhbət etməyini hamı arvadlara isnad vermək səhvdir, zənn edirəm. Bir neçə kişinin əksər övqat qumardan dəm vurmaqları ümumi kişilərə ləkə salırmı? Yox, əlbəttə.
B a h a d ı r. Afərin, xanım əfəndi! Afərin!
Y u s i f (gülə-gülə). Yaxşı-yaxşı, arvadlar nəinki modadan, hətta buna oxşayan şeylər barəsində də söhbət etmirlər....Ah! Ah.
H a m ı (gülürlər). Ah! Ah!
A l e k s e y (durub getmək istəyir). Sağ olun!
Y u s i f. Oturun! Daha çay için.
A l e k s e y. Təşəkkür edirəm, vaxt daralıbdır. Gərəkdir indi gedəm bir neçə kağızlarım var, yazmaq lazımdır. Sabah poçt gedir. Bilirsinizmi, getmək vaxtıdır. Gərəkdir hazırlaşmaq.
Y u s i f. Haraya?
A l e k s e y. Peterburqa, əlbəttə.
Y u s i f. Doğru buyurursunuz. Avqust ayıdır.
M a ş o. Bəli. (Gülə-gülə.) Studentlərin bayramı da qurtarır.
A l e k s e y (gülə-gülə). Bəli, bu üç ay yorunuqdan sonra yenə işləmək! (Hamıya əl verib çıxır.)
M a ş o (Sonaya). Qızım, Danielə de buraları yığışdırsın, mən də gedirəm. (Yusif və Maşo çıxırlar.)
S o n a. Yaxşı, anacığım. (Gedirlər).
B a h a d ı r (Sonanın dalınca baxır). Bəli, avqust ayı! Həmişə avqust ayında günlərimi sanardım. Üç ay yorunuqdan sonra ciddi surətdə elmlərə yapışmaq fikrində olurdum. (Fikirdə). İndi nə oldu mənə? Mən Məngilisdən ayrılmaq istəmirəm, mən tələsmirəm.... Hətta getmək fikrində olanda urəyim sıxılır, döyünür.... (Başını tutub.) Ah, Sona! Sona!
S o n a (yavaş-yavaş gəlir Bahadırın yanında oturub ətrafına baxır). Nə gözəl vaxt və nə gözəl mənzərə, deyilmi?
B a h a d ı r (ətrafına baxıb). Bəli, nəhayətdə gözəl! (Sonra Sonaya diqqətlə baxıb.).
"Morğe-səyyadi-toəm oftadeəm bər dame-to,
Ya bekoş, ya dane deh, ya əz qəfəs azad kon".
[ Tərcüməsi: Sənin ovladığın quşam, toruna düşmüşəm,
Ya öldür, ya dən ver, ya qəfəsdən xilas et.]
Son a (başını aşağı salıb). Bahadır! Bülbülün gül üçün oxuduğu yanıqlı nəğmələri eşidirsinizmi? Odur, gülə baxınız, qönçəsini açıb da guya deyir: "Eşqin oduna yanma, bülbülüm".
B a h a d ı r (Sonaya diqqətlə baxıb). Ah, rəhmli gül!
S o n a (Bahadırın əlindən tutub yuxarı baxa-baxa). Bahadır, o nə sirrdir ki, insanlar bir-birindən təfriqə düşüblər?....
B a h a d ı r (bir az fikirdən sonra). Xanım əfəndi! Bir vaxt olar bu barədə də söhbət edərik. (Sonanın əlindən tutub fikrə gedir.)
S o n a (Bahadırın üzünə baxır). Söyləyin, bu saat fikrinizdən nə keçdi?
B a h a d ı r. Hazır başımdakı fikirlərdən dəhşətlisi, məni ən narahat edən fikir sizinlə ayrılmaq məsələsidir. Bilmirəm buna mən davam gətirə biləcəyəmmi?
S o n a. Bəlkə davam gətirə bilmədiniz, onda?
B a h a d ı r. Ah, xanım əfəndi! İnsan gələcəyini bilsə idi ağlı çaşardı. Fəqət mən hələ divanə olmaq istəmirəm.Mən istəyirəm yaşayam və sevəm. Sizinlə ayrılığım nə qədər dəhşətli nəzərə gəlirsə, bir o qədər ümid yolu mənim üçün görünür. Ah, bu ümid yolu! Ümidsiz yaşamaq qeyri-mümkündür.
S o n a. İndi siz beş gündən sonra getməlisiniz, deyilmi?
B a h a d ı r. Bəli!
S o n a. Nə ümidlə gedirsiniz?
B a h a d ı p. Ümidim daha bir də sizinlə görüşmək!
S o n a (yerə baxıb). Görüşüb, daha bir də ayrılmaq....

(İkisi də xeyli vaxt bir-birinin əllərini tutub fikirdə qalarkən.)

PƏRDƏ

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci məclis

Vaqe olur Məngilisdə Yusifin evində. Səhnənin bir tərəfində yaxşı bəzənmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pilləkən bağçaya tərəf, bağçada stol və stullar.ƏVVƏLİNCİ GƏLİŞ

19159 мин
Üçüncü məclis

Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)

191510 мин
Dördüncü məclis

Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ

191513 мин
Beşinci məclis

Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).

19152 мин

Стихи других поэтов