Страница 1 из 2

Hacı İbrahimin bağçası, ortalıqda miz, mizin kənarında kürsülər. Bağçada qaranlıqdır. Şamdan bəy dəli halətində, tək bağçada gəzinir, köhnə paltarda, başı açıq, qorxa-qorxa danışır.

Ş a m d a n (ətrafa baxa-baxa). Yaxşı vaxt tapıb gəlmişəm ... heç kəs məni burada görməz.... Yusif Xədicə ilə hər axşam burada çay içirlər. Bu ağacın dalında gizlənib gələndə ikisini də burada gərək bu (xəncər əlində) xəncər ilə öldürüm....
Qoymaram Yusif mənim çörəyimi əlimdən alsın.... (Birdən diksinir.) Vay! (Ətrafa baxır.) Gərək ki, gələn var.... (Bir az fikirdən sonra.) Yox, heç kəs yoxdur. (Gedib bağçadan Yusif olan evə baxır.) Ax, namərd! Əlimdən dövləti yaxşı aldın, dədəmə od vurdun.... Bax, Xədicə çıxdı... Sənin boyuna qurban!... Dərdindən gör mən nə hala düşmüşəm... Yox, Xədicə deyilmiş. (Gəzinir. Bir az fikirdən sonra.) Pərvərdigara! (Ətrafa baxır.) Mən nə səbəbə buraya gəlmişəm?.... (Fikrə gedir.) Hə ... Hə.... (Bərkdən.) Gərək öldürəm.... Onları öldürəndən sonra özümü də öldürrəm.... Çünki bundan da pis gün görmək istəmirəm.... Bundan sonra qalıb nə edəcəyəm?.... Yemək yox, içmək yox, dost yox, aşna yox.... Hamı məndən qaçır.... Səbəbi? (Fikir. Bərkdən diksinir.) Vay, gəldilər.... (Qaçıb gizlənir. Ətrafa baxır.) Yox, gələn yoxdur.... (Üstünə baxır və əli ilə ətrafı yoxlayır.) A kişi, insafdır ki, belə xoşbəxtliyi əlindən verəsən?.... Gələsən bu bağçaya od vuram? Onda hamı tökülüb gələcək.... Qarışığa salıb hamısını öldürərəm. Uf, nə bədbəxt oldum.... (Tez-tez diksinib dəli məqamına gəlir.) Hə.... Gəlir!.... (Ağacın dalında gizlənir.) Qoy gəlsin.... Oturanda.... Mən dalından başını kəsib ataram. (Yavaş danışır, guya gözünə Yusif görünür.) A.... Yaxşı əlimə düşübsən. (Guya Yusif gəlib oturur. Şamdan yavaşdan xəncəri qaldırıb vurur.) A.... İndi qal yerində.... (Gəlib baxır, guya ölübdür.) Mən indi nə edim?.... Ha?.... (Özünü itirir.) Yox.... (Bərkdən qışqırır, özünü tamam itirir.) Mən ... mən.... (Xəncəri öz qarnına vurub ağacın dibində yıxılır.) Uf!.... Uf!.... (Ölür.)

ƏVVƏLİNCİ GƏLİŞ

Qulu əlində çıraq bağçaya gəlib mizin üstünü çay içməkdən ötəri hazır edir və qeyriləri bağçada elə gərək gəzsinlər ki, guya Şamdanı görmürlər.

Q u l u (tək, danışa-danışa mizin üstünü hazır edir). Xədicə xanım görükür, Yusif bəyi çox istəyir. Lap onu uşaq kimi bəsləyir. Yaxşıca yatmışdım, gəlib durquzur, deyir ki, get, samovarı bağçada hazır elə, indi Yusif ağa gələcəkdir, çay içsin. Deyirəm, ay xanım! Axı niyə evdə içmir? Deyir ona bağçada xoş gəlir. Nə bilim, vallah, evdə Yusif ağa yatanda hamıya deyir ki, dırnağınızın üstə gəzin ki, onu durquzmayasınız. Səhər də duranda evdə nə ki qulluqçular var, gərək onun qabağında sluşi duralar, ta ki, o, qulluğa gedə. Arvad da deyəndə belə olar. Mən yanı deyirdim ki, mənim də arvadım var. Yaxşı oldu öldü! Gorbagor qızı səhər durub məni öpməkdənsə iki qapaz da başıma vururdu, vurha-vurha! (Gedib samovarı gətirir.) Gözümdə qaldı, bir gün oturub saqqalıma həna yaxa. Görüm gorbagor olsun, necə ki, oldu! O gün Yusif ağa deyir ki, "sənə arvad alacağam". Deyirəm ki, allahı sevirsən, ağa, bu fikrə düşmə. Ondan ötəri ki, əvvəl genə canım vardı, arvadın qapazına dayanırdım. İndi başıma arvad qapaz salsa, dişdərim qarnıma gedər. Qocası olsa, genə yaxşıdı, hər deyəndə döymək olar. Amma Nazlı kimi olsa, ərinin saqqalını yolan kimi mənimkini də yolar.Yox, istəmirəm.... Arvadsız da yola gedərəm.... (Birdən əlindən stəkan düşüb sınır.) Vay! Gör sən allah, mən arvadı neyləyirəm: əlim titrəyir, başım titrəyir, bir ayağım burda, birisi gorda.... Bunları yığışdırım. (Stəkanın qırıqlarını yığır. Nazlı əlində şəkərdan, bir də çaynik içəri daxil olur və Qulunu belə görüb acıqlı deyir).

İKİNCİ GƏLİŞ

Qulu və Nazlı.

N a z l ı. Ay əli qurumuş, bunu nə üçün sındırdın?
Q u l u (acıqlı baxır). Əlin də qurusun, dilin də. Mən ki, sındırmadım, özü düşdü....
N a z l ı. Yalansa üzünü mürdəşir yusun!
Q u l u. Mürdəşir sənin əzizdərini yusun!
N a z l ı (gəlib əlindən dəsmalı alır və stəkanları başlayır silməyə, Qulunu itələyir). Get, rədd ol. Ver mənə, sən get çörək gətir. Gör çörəyi də salıb dağıda bilərsənmi? (Qulu acıqlı baxa-baxa gedir.)
Q u l u. Kökün kəsilsin. (Gedir.)
N a z l ı. İmansız oğlu ancaq yatmaq bilir. İş də deyəndə adamı yarıtmaz. İndi mən Xədicə xanıma nə cavab verəcəm? (Çaynikə su açır.) Ah.... Bu da bir iş imiş! Bu gecə vaxtında bağda oturub çay içmək nədir? Qaranlıqda göz-gözü görmür....
(Qulu tələsmiş əlində çörək gəlir.)

ÜÜÇÜNCÜ GƏLİŞ

Qulu və Nazlı.

Q u l u. Tez ol, ağa da, xanım da bu saat gəlirlər. (Nazlı tələsib nəlbəkinin birini salıb sındırır.)
N a z l ı. Bay, evin yıxılsın! İmansız o qədər tələsdirir ki, nəlbəkini də sındırdım.
Q u l u. Canın çıxsın, bərk tut.
N a z l ı. A səni görüm yarımayasan. Sən olmasaydın mən də sındırmazdım, elə tələsdirirsən ki, adam bilmir nə eləsin.
Q u l u. Çox danışma, tez ol yığ, görməsinlər. (Tərəfə baxır.) Odu, gəlirlər.

(Nazlı tez hər şeyi hazır edir. Xədicə içəri daxil olur, çəkilib kənarda dypup.)

X ə d i c ə. Aj Qulu! Get Yusif ağana de ki, çay hazırdır, gəlsin. (Oturur).
N a z l ı. Xanım, gədən salıb istəkanı da, nəlbəkini də sındırdı.
X ə d i c ə. Nə edək, görünür yazıq qocalıb, gözləri görmür. (Xədicə Yusif üçün çay tökür. Nazlı gedir və o saat Yusif daxil olur.)

DÖRDÜNCÜ GƏLİŞ

Xədicə və Yusif.

Y u s i f (gəlib əyləşir). Bu gün qəzetdə oxuyub görürəm ki, bir şəhərdə məhəbbətdən bir ayın ərzində iyirmi adam ölübdür.
X ə d i c ə. Övrət, ya kişi?
Y u s i f. 15 kişi, 5 övrət. (Çay içir.)
X ə d i c ə (özünə çay tökür). Həqiqət, məhəbbət edən şeyi heç bir şey edə bilməz.
Y u s i f. Bunların ölməklərinə səbəb səbirsizlikdir.
X ə d i c ə. Yusif demə heç, vallah, insan bir halətdə olur ki, heç tab gətirməyə səbir qalmır.
Y u s i f. Doğrudur. Amma səni inandırıram ki, hərgah bizdə səbir olmasaydı, biz də bədbəxt olmuşduq.
X ə d i c ə (gəlib Yusifin yanında əyləşir və əlini əlinə alır). Sənin canın üçün elə ki, iş aşkar oldu və bildim ki, biinsaf oğluna söz veriblər, neçə dəfə istəmişəm özümü həlak edim. Yenə demişəm qoy görək axırı necə olacaqdır.
Y u s i f. Mən də elə fikirlər ilə özümü saxladım.
X ə d i c ə. Hərçənd bu yolda çox göz yaşı tökmüşəm, amma yenə allah-taala hamını belə arzusuna yetirsin, necə ki, bizi.
Y u s i f. Xədicə! Məhəbbət, həqiqət, yaxşı şeydir: danışmayanı danışdıran, çirkini gözəl edən, qorxağı ürəkli edən məhəbbətdir.
X ə d i c ə. Ağıllını da dəli!....
Y u s i f. Bəli, o intiha dərəcəsidir. (Çay içir. Qulu gəlir.)

BEŞİNCİ GƏLİŞ

Qulu, Xədicə Yusif.

Q u l u. Ağa, vallah bu Nazlı mənə göz verir, işıq vermir. Gəlib orda bir dava-qalmaqal salıbdır ki, heç olmayan kimi....
Y u s i f. Nə istəyir?
X ə d i c ə (gülə-gülə). Görünür, stəkan-nəlbəkini sındırmağın üstə.
Y u s i f. Qulu sındırıbdır?
Q u l u. Xeyr, canım! Stəkanı mən sındırmışam, nəlbəkini o özü.
X ə d i c ə. Ha ... Ha.... (Gülür.) Hamısını sənin üstünə atıbdır.
Q u l u. Di gör, cən allah!

(Nazlı içəri daxil olur.)

ALTINCI GƏLİŞ

Nazlı və qeyriləri.

N a z l ı. Xanım! Niyaz bəy gəlib deyir ki, əgər çay varsa, gəlim içim.
X ə d i c ə. Var, de gəlsin.
Y u s i f. Ay qız, bu Qulunu nə üçün incidirsən?
N a z l ı. Mən neyləmişəm?
X ə d i c ə. İndi gəlib sənin əlindən şikayət edirdi.
Q u l u. Vallah xanım, başıma da bir qapaz salıb. İndi də başım ağrıyır.
Y u s i f ,X ə d i c ə. (gülürlər). Ha!.... Ha!....
N a z l ı (Quluya). Yavaş, gözünün ikisini də çıxardacağam....
Y u s i f. Yaxşı, bəsdir. (Nazlıya.) Get Niyaz bəyə de gəlsin. (Nazlı gedir).
X ə d i c ə (Quluya). Ay Qulu, sən onun sözünə baxma, o cavandır, sən qoca, ona niyə qoşulursan?
Q u l u. Vallah, ay xanım! Mənim onnan işim yoxdu, özü də həmişə mənə sataşır. Yatıram, gəlir deyir dur, dururam, deyir otur. Otururam, deyir dur, iş gör. İşləyirəm, deyir sən bacarmırsan. İşləmirəm, deyir tənbəlsən. Axı, mən başıma nə daş salım.... Dünən də gedib Nigar xanıma şikayət eləyir ki, mən plovun qazmağını altından çıxardıb yemişəm. O da bu sözə inanmayıb ağzına gələni ona deyibdir.
Y u s i f. Yaxşı, bəsdir, get.
Q u l u (gedə-gedə). Nazlının işini yaxşı xarab elədim!....

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Beşinci məclis

Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).

19152 мин
Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!

4 мин
Tənqid

"HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV(İdarənin təklifinə görə bu kitab tənqid olunur)

6 мин
Bir kəndin sərgüzəşti

Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.

191515 мин

Стихи других поэтов