Narcan
Üç gün, üç gecə ərşə çıxdıqadın fəryadı...Ona çarə tapılmadı.Qan-yaş tökdüüç gün, üç gecə.Gözlərinə qaranlıq çökdüüç gün, üç gecə...Onun yazıq vücudunudəvə karvanına yük elədilər,Tanrı dərgahındanaman dilədilər.Apardılar cadugərə,Yalvardılar lap göylərə –Ona çarə tapılmadı.Sarı qumlu səhralardaSönüb getdi ah-fəryadı,gözündə dondu göz yaşı.Sarı qumlu səhralardaucaldı bir məzar daşı.Əsrin əvvəllərindəbelə köçdü bu dünyadanNarıngülün qəm karvanı...Beş övladın gənc anasıBir həkimsiz, bir dərmansızTərk elədi bu dünyanı.Ulduzlar toplaşmışdıKolxozçu qızı Narcanın başına,Elmin parlaq ulduzları,alim cərrahlar, –Elmin şöhrəti, vüqarı.Qüdrətli əllərdəydi kövrək həyatı,Zəka bahadırlarıverəcəkdi ona nicatı.Vertolyot quş qanadına götürdüOnu Amanbay kəndindən,Təyyarə üç saat əlli dəqiqəyəgətirdiMoskvaya, qadın xəstəxanasına.Alim cərrahlar kömək etdi,Dərdinə çarə tapılmayanNarıngülün Narcan nəvəsinə.Narcanın xəstə yatağınıMələküzlü şəfqət bacılarıbürüyür.Narcanın səhhətiniloğman həkimlər qoruyur.
Ölümün pəncəsindənQoparırlar Narcanı,O, bəxtiyar gözləriylə oxşayırYaşadığı dünyanı,Narcanın qıyıq badam gözlərindəHəyat gülür,Yenidən həyata qaytarılanBir ömrün nurluşəfəqləri tökülür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-narcan
Клавиши ← → для перехода, R — случайное стихотворение