Şaxta pəncərədə naxış-naxış,Bəyaz örtüyünü hər yana sərib qış.Salxım-salxım buzlar sallanırətəyindən damların.İndi oğlan çağıdır qışın, qarın.Bayırda – sıfır altındaiyirmi beş dərəcə şaxta...Oturmuşuq bir dəstə qadınGeniş, işıqlı, isti bir otaqda.Xəstəxana otağı,Xəstə, yorğun qadınlar,Sağalmaq ümidi, həyat sorağı...Təranə gəlir, basıb sinəsinə

Kapron torbada gətirdiyinərgizləri, –Şaxta vurub dondurmasın deyə,Bakıdan göndəriblər hədiyyə.Bir də yamyaşıl Lənkəran xiyarı.Elə bil bir an üçünOtağımıza doldurur baharı...Bəlkə də bahara çıxmaq ümidi olmayan,Xəstə, yorğun qadınlarYığılır başınaAbşeron ətirli nərgizlərin.Ümid böyük, ümid dərin.Sevinc bir an qalxırşahlıq taxtınaSərvət paylananda dünyadaÇiçəklər düşübqadınların baxtına.Yer üzünün bu gözəl nemətinə min alqış!Buzuyla, ağ qarıyla elə bil basılır qış.Paylaşdırıb nərgizləri,sinəmizin üstündə daşıyırıq.Bahar eşqiylə, bahar ümidiyləyaşayırıq.Moskva, dekabr, 1971

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе