İnsan məhəbbəti gözlərdən içər,Sonra yaşadar ürəyinintəmiz, şəffaf bulağında.Qönçələnər, çiçəklənər məhəbbətBahar çağı, gənclik çağında...Gənclik fəsli ötər, keçər,Payız, qış gələr.Ömrün xəzan bağındaİsidər ürəkləriŞirin-şirin xatirələr.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İran Azərbaycanının müasir şairlərindən Hökumə Billuri

Bahar idi. Zəncan şəhəri yaşıl bir don geymişdi. Badam çiçəklərinə qərq olmuş dağlardan xoş ətir qalxırdı. Quşların sevincli bahar nəğməsi hər tərəfi bürümüşdü. Axan suyun yekahəng şırıltısında həzin bir musiqi vardı.Bir parça çörək qayğısı ilə çoxdan bəri İranın müxtəlif şəhərlərini dolaşıb, nəhayət Zəncan şəhərində sakin olmuş dəmirçi ailəsinin kiçik qızı məktəbdən evə qayıdırdı. O, nədənsə incik idi. Nə baharın şux ahəng səsləri, nə çiçəklərin məstedici ətri, nə də axan suyun şırıltısı onun könlünə fərəh verirdi. Bu gün o, yenə məktəbdə tənəffüs zamanı yoldaşları ilə öz doğma Azərbaycan dilində danışdığı üçün onu tənbeh etmiş, dərsdən sonra ac saxlayıb evə buraxmamışdılar. Zəif vücudlu, məğrur ruhlu balaca qız düşmən qarşısında ağlamamış, göz yaşlarını qəlbinə axıtmışdı. İndi o, cansız ayaqları dolaşa-dolaşa evlərinə tələsir, bu ağır dərdini anasına danışmaq və orada doyunca ağlamaq istəyirdi. O, Zəncanda yeganə məktəb olan farsca qız məktəbində oxuyurdu. Bura məktəbdən çox həbsxanaya bənzəyirdi. İran irticaçıları xüsusilə böyük bir səy göstərərək Zəncan şəhərindən Azərbaycan ruhunu silmək üçün ən şiddətli tədbirlərə əl atırdılar.

4 мин
Övlad – ümiddir

“Koroğlu” dastanında maraqlı bir parça var; qılınc-qalxan cingiltisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları və zəfər təbillərinin gur səsi içindən qəflətən həzin, kədərli, qəlbin ən dərin guşələrindən gələn bir inilti eşidirik. Bu, analıq həsrətiylə yanan Nigarın səsidir. Nigar öz dərdini qoç Koroğluyla bölüşür:Necə baxım ev-eşiyə,

3 мин
Qayınanalar da gəlin olub

Müharibə illəri tanışlardan birinin cəbhədən qara xəbəri gəldiyini eşidib onun evinə getdim. Darısqal otaqda gəlin-qayınana baş-başa verib xısın-xısın ağlayırdılar. Uşaqlar duyuq düşməsin deyə, yavaşdan, gileylənə-gileylənə ağlayırdılar. Ana oğlunun köynəyini bağrına basmışdı. Ölüm xəbəri tez yayılır. Qonşular eşidib gəldilər. Ana onları görəndə, “hər kəsin evində yarsız gəlini var, mən ona qurban” – deyib ağladı.Müharibənin yarsız qoyduğu gəlinlər... Onların sayı-hesabı yox idi.

6 мин
Sağlıqla qal, yaxın qonşu!

Moskvadan bizi Türkiyəyə yola salan bir dostumuz “gələndə qərənfil gətirin”, – dedi. Dostumuzun arzusunu unutmamışdım. Biz Ankaranı tərk edib “Esen boğa” aerodromuna doğru yola düşəndə Türkiyənin qərənfilləri hələ yuxuda idi. Üfüqdən görünən ilk qızartılar şehli qərənfilləri oyatmağa gedirdi. Türklər laləyə gəlincik, yasəmənə leylak deyirlər. Asfalt yolun hər iki tərəfində yaşıl otlar və taxıllar arasından boylanan lalə-gəlinciklər bizə sanki salam göndərir, qara-qırmızı başlarını sübhün həzin nəsimi altında yırğalayırdılar. “Esen boğa” aerodromuna maşınla bizi Arif Heydərov gətirdi. Arifin nəzakətli bir diplomat və istiqanlı bir adam olduğu gözümdən qaçmamışdı. O bu səhərin, bu gözəl ayrılıq səhərinin poeziyasını duyaraq – baxın, nə gözəl səhərdir, – dedi. Doğrudan da səhərin çox təmiz gözəlliyi vardı. Belə həzin bir səhərdə dostlardan, əzizlərdən ayrılmaq çətin idi. Türk yazıçısı Rəşad Nurinin sözlərini xatırlayıram: insan yaşadığı yerlərə, bərabər bulunduğu insanlara görünməz tellərlə bağlıdır. Ayrılıq zamanı bu tellər gərilər, qopar, kaman telləri kimi sızlamağa başlarlar. Təyyarə meydanına addımladığım zaman ürəyimdə bu gərilib qopan kaman tellərinin acı sızıltısını duydum. Əlvida, Türkiyə, yaxın qonşu, sağlıqla qal! Yamacların, düzlərin həmişə lalə-gəlinciklərlə dolu olsun, leylak-yasəmənlərin həmişə ətir saçsın.Dünyada insanın xoşbəxt yaşaması üçün əsas şərtlərdən biri də qonşu ilə münasibətdir. Səhər-səhər evdən çıxıb işə gedəndə pilləkəndə üz-üzə gəldiyiniz qonşu gülərüzlə sizə – sabahınız xeyir, deyib, hal-əhval soruşsa evdən qanıqara çıxmış olsanız belə, könlünüz açılar, dodağınıza xoş təbəssüm qonar. Əgər bu sadə həqiqəti böyük siyasət aləminə keçirsək, demək olar ki, yaxın qonşularla münasibət yaxşı olsa, xalqlar da qorxusuz və rahat yaşar, dinc bir əhval ilə qurar, yaradar.

1 ч 25 мин

Стихи других поэтов · О природе