Qışda bahar həsrəti
Qar yağır asta-asta,Yağır torpağın üstə.Qar yağır aram-aram,Mən qarların altından baharı axtarıram.Üfüqlərdən süzülüb gəlib bahar,Durnaların qatarınadüzülüb gəlir bahar...Uzaq-uzaq ölkələrdənElə bil küsüb gəlir bahar...Qar yağırağır-ağır,Ağac budaqlarındaOğrun-oğrun gizlənənbaharı izləyirəm...Qar yağır asta-asta,Durub qarların üstəBaharı gözləyirəmBaharı gözləyirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-qisda-bahar-hesreti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
BənövşəYaşadım çöllərdə on il, on beş il,Yağışda, yağmurda günüm olmadı;