Nədən gecikirsən, nazlı bahar,Səni çoxdan gözləyirquru, çılpaq ağaclar.Gəl, nazlı qədəmlərinkönlümüzə xoş olsun.Saçaq-saçaq nurlarınnuş olsun.Ağaclar puçurlasın,göy otlar yerdən qalxsın.Nərgizlər, bənövşələrbizə fərəhlə baxsın...Lalənin bədənindəəlvan şəfəqlər gülsün,Söyüd yarpaqlarındanincə şehlər tökülsün.Qönçənin dodağındatitrəsin xoş təbəssüm,Bahar, nazənin bahar,Açsın mənim də könlüm.Səni yaman gözləyirHər yanda körpə quşlar,bir də belə gecikmə,çiçəkli, nazlı bahar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе