Nə çox toxunursan nazik könlümə
Nə çox toxunursan nazik könlümə,Ey hissə, duyğuya yabançı olan.Hisli çıraq kimi sönük ürəyiQuru bədənində getdikcə solan.
Mən könül mülkünün tacidarıyam,Xəyal dünyasının şah nigarıyam.Vətən torpağında iftixar olanŞanlı nəsillərin yadigarıyam.
Mən batan günəşə məlal vermişəm,Ruhlara ilhamı səyyal vermişəm,Məndən qanad almış yerdə sürünənCansız kötüklərə xəyal vermişəm.
Könlümdə sönməyən bir işıq yanır,Onu sən yandırdın məhəbbətinlə,Elə bil nurlandı gözümdə cahan,Elə bil nur yağdı çiçəyə, gülə...Onu sən yağdırdın məhəbbətinlə...
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-ne-cox-toxunursan-nazik-konlume
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
(Riyaziyyatçı alim Qoşqar Əhmədlinin ölümü münasibətilə yazılmışdır)*Aman fələk, aman sənin əlindən,
Sazaq əsdiSazaq əsdi dağdan, hava bulandı,Xəzan oldu bağlar, yarpaq saraldı.
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
TəbrizinGör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,