Mən sizi bir daha görə bilməsəm
Mən sizi bir daha görə bilməsəm,Xatirəmi əziz saxlayın, dağlar,Döşünüzdən lalə dərə bilməsəm,Siz məni aranda yoxlayın dağlar...Uca başınızdan külək göndərin,Məxmər döşünüzdən çiçək göndərin,Buluddan bir bəyaz örpək göndərin,Matəm yaylığını bağlayın, dağlar...Mən ki çox sevərdim dağ havasını,Sevən ürəklərin xoş sevdasını,Bir qərib gəlinin tutub yasını,Dost üçün doyunca ağlayın, dağlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-men-sizi-bir-daha-gore-bilmesem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ta mənim könlümdə, cana, həsrəti-cananədir,Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
AprelAprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
TelinəSəninlə mən görüşəndə,Qolum doladım belinə.