Elə bildim bahar gəldi,Sellər coşdu, sular gəldi,Yaz müjdəli qaranquşlarUçdu qatar-qatar gəldiKüçəmizdən keçəndə sən.

Gur işıqlar şölələndi,Hər tərəfə nur ələndi.Ay da, gün də, ulduzlar daElə bildim yerə endiKüçəmizdən keçəndə sən.

Keçdi bulud, yatdı külək,Qönçəsini açdı çiçək.Neçə təzə nəğmə qoşduİnsan kimi dindi ürəkKüçəmizdən keçəndə sən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе