İnciyib, söylə neçün getdin sən?
İnciyib, söylə neçün getdin sən?Gəl ki, qəlbim sıxılır təklikdən,Bircə gəl, sonra otur danla məni,Meşəsən qarşıla tufanla məni,İstəsən sən külək ol, döy üzümə,İstəsən zülməti çökdür gözümə,İstəsən od kimi yandır məni sən,İstəsən candan usandır məni sən –Bunların heç biri qorxutmur, inan,Gəl ki, qurtar məni tənhalıqdan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-inciyib-soyle-necun-getdin-sen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
YaylıqXəyalımdan getməyirUca dağlar qoynunda
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra